Məhkəmə qərarları › İş №3(008)-7088/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7088/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7088/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, "xxxx" ASC-nin AR AQTA-nin Bakı Regional Bölməsinin YPK/0520-24 saylı, xx.xx.2024cü il tarixli qərarından şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə "xxxx" ASC-nin AR AQTA-nin Bakı Regional Bölməsinin YPK/0520-24 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayəti daxil olmuşdur. Məhkəmə qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Tarixdə keçirilən məhkəmə iclasında qərardan şikayət verən "xxxx" ASC-nin nümayəndəsi X2 bildirmişdir ki, AR AQTA-nin Bakı Regional Bölməsi ilk dəfə bazarda yoxlama aparmış və cərimə tətbiq etmişlər və aşkar etdiyi nöqsanların aradan qaldırılması üçün 1 ay vaxt vermişlər. Nöqsanları aradan qaldırmalarına baxmayaraq xx.xx.2024-cü il tarixdə yenidən bazarda yoxlama aparmışlar və yenidən cərimə tətbiq etmişlər. Onlara yoxlamanın nəticələrinə dair qəbul edilən qərarı təqdim etmişlər. Ona görə həmin qərardan şikayət vermişlər. İkinci yoxlama üzrə qəbul edilən inzibati tənbeh vermə haqqında qərarı onlara təqdim etməmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 bildirmişdir ki, "xxxx" ASC-nin barəsində agentlik tərəfindən aparılan xx.xx.2024-cü il tarixli yoxlama üzrə inzibati tənbeh vermə haqqında qərar hələ qəbul edilməmişdir. 29 iyul 2024-cü il tarixdə həyata keçirilən yoxlamanın nəticləri əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin hazırda şikayət verdiyi xx.xx.2024-cü il tarixdə keçirilmiş yoxlamanın nəticələri əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmamış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilə bilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 yoxlamanın nəticələri üzrə qərardan görünür ki, aşkar olunmuş pozuntuların xx.xx.2024-cü il tarixədək aradan qaldırılması və bu barədə agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, inzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. Qərardan AR qanunvericiliyinə uyğun olaraq 30 gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət verilə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi yalnız inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-tərəfindən şikayət verilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 saylı yoxlamanın nəticələri üzrə qərar isə inzibati xəta haqqında iş üzrə qərar hesab olunmur. Çünki həmin qərarla "xxxx" ASC inzibati məsuliyyətə cəlb olunmamış və inzibati tənbehə məruz qalmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi də bildirmişdir ki, ikinci dəfə keçirilən yoxlama üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmamış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət nəzərdə tutulduğundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 saylı yoxlamanın nəticələri üzrə qərardan "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şikayətçiyə hazırki iş üzrə qəbul olunacaq inzibati tənbeh vermə haqqında qərardan aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ yaxud da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 saylı yoxlamanın nəticələri üzrə qərardan aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 saylı yoxlamanın nəticələri üzrə qərardan "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılsın. "xxxx" ASC-yə qəbul olunacaq inzibati tənbeh vermə haqqında qərardan aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ yaxud da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № YPK/0520-24 saylı yoxlamanın nəticələri üzrə qərardan aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar