Məhkəmə qərarları › İş №3(008)-7114/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7114/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7114/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(008)-729/2024 saylı icra sənədinə görə cavabdeh Şəxs 24 oktyabr 2023-cü il tarixdən etibarən iddiaçı Zərərçəkmiş şəxs ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protolun məzmununa uyğun izahat verərək şəxsin üzrsüz səbəbdən icra vərəqəsi üzrə öhdəliyini yerinə yetirmədiyini, icra vərəqəsinin şəxsin əmək haqqına yönəldilməsi üçün onun işlədiyi şirkətin hüquqi ünvanına göndərildiyini, lakin şirkətin ünvanı tapılmadığından sənədin geri qayıtdığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq icra məmuru Şəxs hər at ödəniş etdiyini, qalıq məbləğin məhkəmə qətnaməsi qəbul edilənək iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən yığılmış borc olduğunu, həmin borcun bir hissəsi ödənilsə də, 485 manat ödənilməmiş məbləğin qaldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Hər ay müəyyən edilmiş 220 manat aliment ödənişindən əlavə iddia ərizəsinin verildiyi vaxtdan hesablanmış aliment borcu üzrə də müəyyən məbləğdə ödənişlər edir. Ümumilikdə hər ay təxminən 300 manata yaxın aliment pulu ödəyir. Anası 1-ci qrup gözdən əlildir. Aliment məbləğinin 51 manatı anasının aldığı müavinətə yönəldilib və bu ilin sentyabr ayından başlayaraq həmin məbləğ müavinətdən çıxılır. Özü 188 yükdaşıma xidmətində sürücü kimi çalışır. Sadəcə maaşı gecikdiyi üçün bu ayın ödənişini ödəyə bilməmişdir. İşlədiyi yerdən bu günlərdə maaşının ödəniləcəyi bildirilmişdir. Maaş ödənildiyi təqdirdə bu gün bu ayın aliment ödənişini ödəyəcəkdir. Ondan əlavə isə yığılmış aliment borcundan yarısını ödəmiş və hazırda 485 manat borcu qalmışdır. Onu da bir neçə aya hissə-hissə ödəyəcəyini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxs tərəfindən hər ay ödənişlər olunsa da, həmin ödənişləri bütöv şəkildə deyil, hissə-hissə ödənildiyini, ödənişlərin olunmasına baxmayaraq borc məbləğinin qaldığını, həmin pulun da ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(008)- 729/2024 saylı icra sənədinə görə cavabdeh Şəxs 24 oktyabr 2023-cü il tarixdən etibarən iddiaçı Zərərçəkmiş şəxs ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(008)-729/2024 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-16(008)- 464/2023 saylı icra sənədinə görə mübahisəyə mahiyyəti üzrə baxılanadək cavabdeh Şəxs X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-16(008)-464/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs tərəfindən 26 dekabr 2023-cüil tarixdə imzalanaraq qəbul edilmişdir. 20 may 2024-cü il tarixli iltizamdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən etibarən alimenti və yığılmış aliment borcunu vaxtında ödəyəcəyini, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdar olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 20 may 2024-cü il tarixli ərizəsindən görünür ki, borclunun hazırda 650 manat aliment borcu vardır. Borcun qısa müddət ərzində ödəniılməsinə razıdır. Bu səbəbdən görüləcək tədbirlərin ləğv edilməsini xahiş etmişdir. Sabunçu Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli, e257566/2024-4-34-002 nömrəli məktubundan görünür ki, Şəxs 705 manat borcu olduğu üçün borc bitənədək hər ay əmək haqqının 70%-ni, borc bitdikdən sonra isə hər ay 220 manat alimentin tutulub tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülməsi təklif edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 20 may 2024-cü il və 22 oktyabr 2024-cü il tarixli izahatlarında icra sənədinin icrasından xəbərdar olduğunu, hər ay ödəniş etdiyini, maaşının gecikdiyi üçün hazırki ayın ödənişini həyata keçirə bilmədiyini, yığılmış aliment üzrə borcun isə hissə-hissə hər ay alimentlə birgə ödənildiyini bildirmişdir. Sabunçu Rayon İcra Şöbəsinin 22 oktyabr 2024-cü il tarixli Aktından görünür ki, icra sənədinin icrası ilə əlaqədar tərəflər şöbəyə dəvət olunmuş, İcra Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş, söhbət aparılan zaman borclu Şəxs pulunun olduğunu, lakin ödəniş etmədiyini bildirmişdir. Ödəniş qəbzlərindən görünür ki, Şəxs hər ay zərərçəkmiş şəxsə hissə-hissə olmaqla qətnamə ilə müəyyən edilmiş aliment məbləğini, sonuncu dəfə isə 2024-cü ilin sentyabr ayında 310 manat ödəniş etmiş, 51 manat isə pensiya katından tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında hazırda Şəxs sürücü kimi işləyərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər ay mütəmadi aylıq qazancına uyğun olaraq zərərçəkmiş şəxsə ödəniş ödəməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmamış, hal-hazırda işləyərək icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən hər ay mütəmadi olaraq ödənişlər etməsi, bununla yanaşı, yığılmış aliment borcundan da qismən ödənişlər etməsi öz təsdiqini tapmışdır. Məhkəmə onu da nəzərə alır ki, Şəxs məhkəmə qətnaməsi icraya yönəldiyi vaxtdan hər ay müəyyən edilmiş aliment məbləğini ödəmiş, qalıq qalmış 485 manat borc isə zərərçəkmiş şəxsin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən məhkəmə qətnaməsi çıxarılanadək hesablanmış borc məbləği olmaqla qətnaməyə icraya yönəldiyi vaxtdan hər hansı aliment borcu yaranmamışdır (hansı ki, öncəki dövr ərzində yığılmış borc məbləğindən də Şəxs ödənişlər etmiş və hazırda həmin borcdan 485 manat qalıq qalmışdır). Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs rəsmi olaraq işləməsinə baxmayaraq icra məmuru alimentin ödənilməsinin təmin edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş qaydada şəxsin əmək haqqına tutulmalar yönəltmədən, onun mülkiyyətində tələbin yönəldiləcəyi əmlakın olub-olmamasını müəyyən etmədən inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etməyi məqbul hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işləyərək aliment ödənişləri etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar