Məhkəmə qərarları › İş №3(008)-7115/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7115/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7115/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs Tağı Nurəddin oğlunun iştirakları ilə, Tağı Nurəddin oğlunun Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tağı Nurəddin oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs Tağı Nurəddin oğlu izahatında bildirmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə hər hansı yol hərəkəti qaydasını pozmamışdır. O, yolayırıcına çatarkən Stop nişanının tələblərinə uyğun olaraq idarə etdiyi avtomobili saxlamış, sağdan gələn avtomobillərə yol verdikdən sonra hərəkətə başlamış, ondan sonra sürətlə hərəkət edərək gələn avtomobil onun arxa hissəsindən sağa dönmüş, o, hadisə günü heç bir qəza şəraiti yaratmamış və barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazı müdafiə edərək izahatında bildirmişdir ki, şəxs barəsində AR CM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərar onun sağdan gəlməklə hərəkət üstünlüyünə malik avtomobilə yol verməməklə hərəkət etməsi ilə əlaqədar qəbul edilmişdir. Bununla bağlı görüntülər məhkəməyə təqdim edilmiş və həmin videodan AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın Tağı Nurəddin oğlu tərəfindən törədilməsi açıq-aşkar görünür. Belə ki, o, Bakı şəhəri, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində hərəkət edərkən STOP 2.5- “dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlasa da, sağdan üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol verməyərək hərəkət edərək yolayırıcını keçmə qaydasını pozmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X1 izahatında göstərmişdir ki, Tağı Nurəddin oğlu 29 sentyabr 2023-cü il tarixdə, saat 18:03 radələrində idarə etdiyi “Kio Rio” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində hərəkət edərkən STOP 2.5- “dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlasa da, sağdan üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol verməyərək hərəkət edərək yolayırıcını keçmə qaydasını pozmuşdur. Hətta həmin vaxt sağdan gələn və hərəkət üstünlüyə malik olan nəqliyyat vasitəsi Tağı Nurəddin oğluna siqnal vermiş, qəza şəraiti yarandığından Tağı Nurəddin oğlu məcbur qalaraq avtomobilini sola doğru yönləndirmişdir ki, sağa dönən nəqliyyat vasitəsi ilə toqquşmasın. Vətəndaş saxlanılaraq ona törətdiyi inzibati xəta haqqında məlumat verilmiş, vətəndaşın soyadı və üzərində sürücülük vəsiqəsi olmadığından portalda onun şəxsiyyəti barədə məlumatları tapa bilməmiş və bu səbəbdən vətəndaş bölməyə dəvət olunaraq şəxsiyyəti müəyyən olunmuş, törətdiyi inzibati xəta ilə əlaqədar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Tağı Nurəddin oğlu barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, idarə etdiyi “Kio Rio” markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yolayırıcını keçmə qaydalarını pozmuş və onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Kio Rio” markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhəri, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində hərəkət edərkən STOP 2.5-“dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlasa da, sağdan üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol verməyərək hərəkət edərək yolayırıcını keçmə qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında təöqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə “Kio Rio” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tağı Nurəddin oğlunun yolun kəsişməsinə çatarkən STOP 2.5-“dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlamasına baxmayaraq sağdan üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol verməyərək hərəkət edərək yolayırıcını keçmə qaydasını pozmasını nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Belə ki, videodiskdə olan görüntüdən açıq-aşkar görünür ki, “Kio Rio” markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol kəsişməsinə çatdıqdan sonra avtomoblini saxlayır və sağdan gələn bir neçə nəqliyyat vasitəsinə yol verir, daha sonra sağdan gələn və üstünlük hüququna malik digər gümüşü rəngli nəqliyyat vasitəsinin sağa dönməsini gözləmədən düzünə hərəkət edir, o, hərəkət edərkən artıq sağdan gələn nəqliyyat vasitəsi kəsişməyə çataraq sağa dönmə əməliyyatı edərkən qəza şəraitinin qarşısının alınması üçün Tağı Nurəddin oğlu avtomobilini sola doğru istiqamətləndirir. Məhkəmə iclasında videodikdəki görüntülərə baxaraq Tağı Nurəddin oğlu səlahiyyətli orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Tağı Nurəddin oğlunun AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Tağı Nurəddin oğlunun AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar