Məhkəmə qərarları › İş №3(008)-7131/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7131/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7131/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi X10 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində rayonunda anadan olmuş, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ev 21A qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023 saylı, 16 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən qanuni icra məmurunun qanuni tələbini yerinə yetirməmə səbəbindən barəsində inzibati tənbeh vermə haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4636/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2808/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bundan başqa o, Bakı şəhəri 17 saylı notariat ofisinin 8İ-8393 saylı, xx.xx.2023-cü tarixli icra qeydinə əsasən X6 xeyrinə 5975 manat ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 23 oktyabr 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu borcundan indiyə qədər müəyyən məbləğdə ödəniş etmiş, borcunun qalan hissəsini hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 ifadə verərək izahatında göstərmişdir ki, uşaqlara təkbaşına baxa bilmir, maddi olaraq çətinlik çəkir. Alimentin tam ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5181/2023 saylı, 16 noyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri 17 saylı Notariat Kontorunun 8İ- 8393 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5181/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 04 saylı Notariat Kontorunun 8İ-946 nömrəli, 2302.2024-cü il tarixli icra sənədinin Sabunçu Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda E65282/2024-4-9 nömrəli iş ilə birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-2808/2024 nömrəli qərarından görünür ki, Şəxs 17 saylı notariot kontorunun 8İ-8393 nömrəli, 13 sentyabr 2023-cü tarixli icra qeydinə əsasən 5975 manat borcunun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməməsi səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-4636/2024 nömrəli qərarından görünür ki, Şəxs 2(008)-5181/2023 saylı, 16 noyabr 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkfə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, xx.xx.1986-cı ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 23 oktyabr 2024-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar