Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7142/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Daewoo Nexia” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində cərimə olunub. 346.1-ci maddəsinə əsasən ona 300 manat cərimə gəlib, lakin həmin zaman o, maşını idarə etməmişdir. Maşın park olunduğu yerdən ona cərimə gəlmişdir. Şəkildən göründüyü kimi maşın park olunub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, ağır böyrək xəstəsidir, maşını o idarə etmir, onun iştirakı ilə qardaşı idarə edir, təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi maşın idarə edilərkən cərimə edilməmişdir, ona yazılan cərimə isə sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı olmuşdur, odur ki, xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, X7 əməliyyat olunduğundan elcə də sürücülük hüququ məhdudlaşdırıldığından qardaşına məxsus avtomobili lazım olduqda o idarə etmiş, onu aparıb gətirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildə göstərilən zamanda avtomobil onun tərəfindən idarə edilərək gətirib Sabunçu rayonu Babək küçəsində saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 “DAEWOO NEXİA” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:51-də Sabunçu rayonu, Babək küçəsi ünvanında “DAEWOO NEXİA” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozma, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 saylı inzibati tənbeh vermə haqqında qərarla X7 xx.xx.2024-cü il tarixində “DAEWOO NEXİA” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, ağır böyrək xəstəsidir, maşını o idarə etmir, onun iştirakı ilə qardaşı idarə edir, təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi maşın idarə edilərkən cərimə edilməmişdir, ona yazılan cərimə isə sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı olmuşdur, odur ki, xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 20068405 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bəhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, X7 əməliyyat olunduğundan elcə də sürücülük hüququ məhdudlaşdırıldığından qardaşına məxsus avtomobili lazım olduqda o idarə etmiş, onu aparıb gətirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildə göstərilən zamanda avtomobil onun tərəfindən idarə edilərək gətirib Sabunçu rayonu Babək küçəsində saxlanılmışdır. Bundan başqa, xətanın baş verməsini əks etdirən fotoda “DAEWOO NEXİA” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanma və durma qaydasının pozulması ilə saxlanılması öz əksini tapsa da, həmin avtomobilin kim tərəfindən idarə edilərək orada saxlanılmasını təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Eləcə də həmin fotoşəkillərdə avtomobilin idarə edilmədiyi müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/ seriyalı 20068405 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7142/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7142/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver