Məhkəmə qərarları › İş №3(008)-7147/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7147/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7147/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, X2 EQ 22684179 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasına dair şikayətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 EQ 22684179 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasına dair məhkəməyə şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərarda inzibati xətanın töədilmə yeri Bakı Quba yolu 8.7 km müəyyən edilmişdir. Buna görə də işin baxılma yeri aidiyyat üzrə müəyyən edilə bilməmişdir. Həmçinin iş materiallarına heç bir vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 EQ 22684179 saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X2 EQ 22684179 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar