Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7149/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 18 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində natamam cümlə yazılmaqla ümumiyyətlə inzibati xətanın subyekti, mahiyyəti göstərilməmiş və bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına riayət edilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bundan əlavə inzibati xəta haqqında protokolda MMC-nin səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamış və ya nümayəndənin izahat verməkdən imtina etməsi barədə qeyd protokolda öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Bununla yanaşı Şəxsnə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında işə Nazirliyinin müvafiq şöbəsində baxılması barədə bildiriş göndərilsə də, həmin bildirişin hüquqi şəxsə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Göstərilən bu hallar səlahiyyətli orqan tərəfindən sənədlərin məhkəməyə düzgün tərtib edilmədən və natamam təqdim edilməsinə dəlalət edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 18 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 18 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7149/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7149/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver