Məhkəmə qərarları › İş №3(008)-715/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-715/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-715/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 27 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 27 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs 26 yanvar 2023-cü il tarixdə vətəndaş Şəxs AR İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki hadisə ilə bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğundan və bununla da, eyni fakt üzrə işə yenidən baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda göstərilən fakt üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-635/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki material üzrə qanuni qüvvəyə minmiş qərarı olduğu halda şəxsin hazırki vaxtadək tutularaq saxlanılması və yenidən barəsində eyni fakt üzrə inzibati xəta haqqında protokol tərtib edilməsi kobud qanun pozuntusu olmaqla yolverilməzdir. Göstərilən bu hallar inzibati xəta haqqında protokola baxılmasını istisna etdiyindən məhkəməyə təqdim edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar