Məhkəmə qərarları › İş №3(008)-7151/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7151/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7151/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru polis leytenantı X7 iştirakları ilə, xx.xx.2002-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 10:27 radələrində X4 qızı Nağıyeva Əminəyə zəng vuraraq onu öldürməklə hədələmiş və xx.xx.2024-cü il tarixli 6937 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən sidiyindən THC(+) narkotik maddə aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, Zeynəb Məmmədovanı uzun illərdir tanıyır. Zeynəb müəllimə 93 saylı orta məktəbdə sinif rəhbəri olmuşdur. X1 ilə sevgili olmuşdur. Əminə ilə sevgili olduqlarından hər ikisinin valideynlərinin məlumatları olmuşdur. Əminə ilə aralarında bəzi vaxtlar mübahisələr olmuşdur. Sonuncu dəfə o, Əminə ilə işdən çıxması ilə bağlı mübahisə etmişdir. Daha sonra Əminənin anası Zeynəb Məmmədova onun istifadəsində olan nömrəyə zəng edərək qızını nə səbəblə narahat etdiyini soruşmuşdur. O, Zeynəb müəllimə ilə mübahisə edib telefonu söndürmüşdür. O da ondan polisə şikayət etmişdir. 15-20 gün olar ki, nakotik vasitə olan el arasında “nəşə” adlanan narkotik vasitədən istifadə etmişdir. İstifadə etdiyinə görə peşmandır, bir daha istifadə etməyəcəyinə söz vermişdir. X6 izahatında göstərmişdir ki, Şəxs qızı Nağıyeva Əminənin sevgilisidir, həmçinin işlədiyim məktəbdə onun şagirdi olmuşdur. Təxminən 2 ildən çoxdur ki, sevgili olduqlarından məlumatı olmuşdur. Bildiyi gündən onların sevgili olmalarına qarşı olmuşam. Lakin son 2 aydır ki, qızının məcburiyyətiylə oğlanı tanımağına razı olmuşdur. Münasibətlərinə razılaşdıqdan sonra Kənanın Əminə ilə rəftarının pisləşdiyini görmüş və yenidən qarşı çıxmağa başlamışdır. Bir neçə həftə öncə qızının işlədiyi Nəsimi rayonunda qarşısını kəsərək onu hədələmiş və telefonunu qırmışdır. Həmin vaxtı Kənandan şikayətçi olmamışdır. Şikayətçi olmadığından Kənan qızına qarşı münasibətini pisləşdirmişdir. Hadisə baş verdiyi gün xx.xx.2024-cü il tarixdə Əminə zəng edərək Kənanın iş yerinə gəldiyini və narahat etdiyini bildirmişdir. Daha sonra qızı evə gəldikdə telefonundan Kənanın nömrəsini götürmüş və onu nə səbəbə narahat etdiyini söyləmişdir. Bu vaxt Kənan onu söyüb təhqr etmiş və Əminəni öldürəcəyi ilə hədələyərək telefonu söndürmüşdür. Kənanı uzun illər tanıdığına görə Kənanın onunla danışığından özündə olmadığını və ola bilər içkinin və ya narkotik vasitənin təsiri altında olduğunu his etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru polis leytenantı X8 xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 10:27 radələrində X4 qızı Nağıyeva Əminəyə zəng vuraraq onu öldürməklə hədələmiş və xx.xx.2024-cü il tarixli 6937 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən sidiyindən THC(+) narkotik maddə aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cumaddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-2/5328 nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, 6957 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Cinayət işinin rədd edilməsi haqqında 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində HK-1/487 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qərarın surəti 12-ci PŞ-nə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, narkoloji tibbi yoxlama rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin nə məhkəmə iclasında, nə də təqdim olunmuş iş materiallarında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Hazırki iş üzrə inzibati xəta haqqında protokolda göstərilmiş hərəkətlər ümumiyyətlə şəxsin İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş hərəkətlərin törədilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300(üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar