Məhkəmə qərarları › İş №3(008)-7158/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7158/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7158/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahin Vahidov iştirakları ilə, xx.xx.1975-ci ildə Lənkəran rayonu Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Mamusta kəndində ünvanında qeydiyyatda olan Şəxs Qüdrət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs Qüdrət oğlu xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsində saxlanılarkən polisin qanuni tələblərinə əməl etməmiş və 14-cü PŞ-də səs-küy salaraq xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlu məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə Maştağa qəsəbəsində idarə idarə edərkən polis əməkdaşları tərəfindən saxla əmri verilmiş, əvvəlcə tabe olmamış, sonradan polis şöbəsinə gətirilmişdir. Polisin qanuni tələbinə tabe olmasa da, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Qorxduğu üçün polisdən yayınmq istəmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, vətən müharibəsi iştirakçısı olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahin Vahidov izahatında göstərmişdir ki, Şəxs Qüdrət oğlu xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsində polis əməkdaşalrınınn qanuni tələblərinə əməl etməmiş və 14-cü Polis Şöbəsində olarkən nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qüdrət oğlu xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsində saxlanılarkən özünü qeyri-səmimi apararaq polis əməkdaşlarına tabeçilik göstərməmişdir. Bu səbəbdən Şəxs Qüdrət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qüdrət oğlu xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsində saxlanılıb 14-cü Polis Şöbəsinə gətirilərkən PŞ-də səs-küy edərək tabeçilik göstərməyərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs Qüdrət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru polis kapitanı S.İmranov və əməliyyat müvəkkili polis kapitanı Rüfət tərəfindən tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xidməti ərzidə olarkən bir nəfər şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən sənəd istədikdə qaçmağa cəhd göstərmiş, tabesizlik göstərmişdir. Həmin şəxsi Polis Şöbəsinə gətirilərkən oonları küçə söyüşləri ilə təhqir etmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəx xx.xx.1975-ci il təvəllüdlü Şəxs Qüdrət oğludur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/9787 nömrəli tibbi müayinə protokolundan görünür ki, yüngül sərxoşdur. İnzibati qaydada tutma haqqında 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Qüdrət oğlu 23 oktyabr 2024-cü il tarixdə saat 23:00-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Qüdrət oğlu polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmiş, bununla da, Babayev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs Qüdrət oğlu tərəfindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokolda Şəxs Qüdrət oğlunun 23 oktyabr 2024-cü il tarixdə X2 əməkdaşlarının qanuni tələblərini pozaraq tabesizlik göstərdiyi, lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsindən bəhs etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlunun izahatında bunu təkzib etmiş, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Raportu tərtib edən şəxslərin məhkəmə iclasında iştirakının təmin edilməsi istənilsə də , şahidlərin iştirakı təmin edilməmiş, bunu təsdiq edən digər sübut məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Qüdrət oğlunun İXM-nin 510cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs Qüdrət oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Babayev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs Qüdrət oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Qüdrət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Qüdrət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar