Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7165/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 iyul 2024-cü il tarixli, EQ/22487524 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 iyul 2024-cü il tarixli, EQ/22487524 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X3 şikayət ərizəsinə vəsatət və qeydiyyatsız yaşadığı ünvana dair arayış əlavə edərək işə onun yaşayış yeri üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasını xahiş etsə də, məhkəmə qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış yerinin Bakı şəhəri, Sabunçu rayonu ərazisi hesab olunmadığını nəzərə alaraq işə inzibati xətanın törədildiyi yer üzrə baxılmasını qanuni və əsaslı hesab edir. Belə ki, şikayət vermiş şəxsin elektron portalda olan şəxsi məlumatlarından (şəxsiyyət vəsiqəsinə əsasən yerləşdirilmiş məlumat) görünür ki, X1 rayonu, Zəngişalı kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası vətəndaşının yaşayış yerini müəyyən edən sənədin məhz şəxsiyyət vəsiqəsi olmasını, X2 şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən onun Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olmasını, belə olan halda şikayətə X2 təqdim etdiyi onun qeydiyyatsız yaşadığı ünvana dair Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasını qanunun tələbləri ilə bir araya sığmadığını nəzərə alaraq şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə inzibati xətanın törədildiyi yer üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 iyul 2024-cü il tarixli, EQ/22487524 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7165/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7165/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver