Məhkəmə qərarları › İş №3(008)-7167/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7167/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7167/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Həmin qərarda qeyd olunan yolda əks istiqamətli yolları bir-birindən ayıran üfüqi nişanlanma xətti 1.1, 1.3 və yaxud 1.11 üfüqi nişanlanma xətti deyildir.Həmin yolda olan xətt qoşa qırıq-qırıq xətdir və həmin xəttin tələblərinə əsasən həmin xətti istənilən tərəfdən kəsib keçmək olar. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayətin dəlillərinə izahat verərək Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X2 şikayətə əlavə edilmiş fotoşəkilləri 21 oktyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarı əldə etdikdən sonrakı tarixlərdə çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini, inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 23 sentyabr 2024-cü il tarixdə, saat 13:56:38 radələrində idarə etdiyi “Subaru Tribeca” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuş və bununla da AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş 23 sentyabr 2024-cü il tarixdə xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmış fotoşəkillərdən görünür ki, həqiqətən də “Subaru Tribeca” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iki qoşa düz xəttin üzərindən keçərək dönmə əməliyyatı edərək AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Şikayət vermiş şəxs X2 şikayət ərizəsinə fotoşəkillər əlavə edərək inzibati xətanın qeydə alındığı ərazidə olan xətlərin düz deyil, qırıq-qırıq olduğunu iddia etsə də, həmin fotoşəkillərin hansı tarixdə çəkilməsi məhkəmə üçün qeyri-müəyyən qalmış və bu səbəbdən də səlahiyyətli orqanın nümayəndəsi Nümayəndələ əlaqə saxlanılmış, nümayəndə COP tədbiri ilə əlaqədar son günlər inzibati xətanın baş verdiyi ərazidə olan düz xətlərin qoşa xətlərlə müvəqqəti əvəz edildiyini, inzibati xətanın baş verdiyi zaman həmin ərazidə düz xətlərin olduğunu, bunu təsdiq edən fotoşəkillərin məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024cü il tarixli, EQ 23756091 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən vetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə -yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş hadisə günü, yəni 23 sentyabr 2024-cü il tarixdə qeydə alınmış fotoşəkillərdən həqiqətən də həmin gün inzibati xətanın baş verdiyi ərazidə olan xətlərin qırıq-qırıq deyil, məhz düz xətlər şəklində olması, “Subaru Tribeca” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün iki qoşa düz xəttin üzərindən keçərək dönmə əməliyyatı etməsi açıq-aşkar görünməkdədir. Məhkəmə iclasında şikayətçi özü tərəfindən təqdim edilmiş fotoşəkillərə istinad etsə də, məhkəmə həmin fotoşəkillərin hansı tarixə aid olmasının fotoşəkillərdən bəlli olmamasını, məhkəmə iclasında “COP” tədbiri ilə əlaqədar müvəqqəti olaraq həmin ərazidə olan düz xətlərin qırıq-qırıq xətlə əvəz olunmasnın müəyyən edildiyini, şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərin də məhz həmin xətlər əvəzləndikdən sonra çəkilməsini (şəxs özü bunu məhkəmə iclasında bildirmişdir), hadisə günü xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərin səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edildiyini və həmin fotoşəkillərlə inzibati xətann törədilməsinin təsdiq olunduğunu nəzərə alaraq X1 dəlillərinin əsassız olmaqla iş materialları ilə təkzib edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli, EQ 23756091 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar