Məhkəmə qərarları › İş №3(008)-7177/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7177/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7177/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elmixan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs və X3 iddiaçı X2 vurduqları mənəvi ziyana görə 1000 (bir min) manat və 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçıya ödənilməlidir. Qeyd edilən vəsait barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən üzrlü səbəbdən ödənilməmişdir. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra vərəqəsində göstərilən ünvanda yaşamadıqları üçün icra sənədindən məlumatsız olmuşlar. İcra sənədindən bu gün məlumatlı olmuşdur. İcra sənədində qeyd edilən borc məbləği aybaay hissə-hissə olmaqla ödəyə bilər. Birdəfəlik həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Özü şəkər xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı ürək xəstəsdiri, İİ qrup əlildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(008)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X5 iddiaçı X6 barəsində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərliyinə və Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə ünvanladıqları şikayətdə işlədilmiş “mahiyyətdə demaqoq”, “aravuran”, “qərəz daşıyan”, “intriqabaz”, “xəstə təxəyyül sahibi”, “düşmən dəyirmanına su tökür”, “üzdə saxta ziyalı görüntüsü ilə iş kollektivini ictimaiyyəti aldatmaqdan başqa işləri yoxdur”, “ziyalılıqdan uzaq adamdır”, “belə bir xəstə adam elm ocağında çalışır”, “kifayət qədər mənfi və düşmən imici ilə tanınan bu adam”, “bivec elmi işçi” cümlə və ifadələri iddiaçı X1 şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilmişdir. Cavabdehlər Şəxs və X5 iddiaçı X6 barəsində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərliyinə və Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə ünvanladıqları şikayətdə işlədilmiş digər - “dövlətin əmək haqqını xəyanətlə sərf edirlər”, “mənasız iftira və iddialarla Qəbələ Rayon Məhkəməsindən üç saxta Qətnamə əldə etmişlər”, “hakim Elman İsayevlə sövdələşmə aparır”, “qələmi demaqoqluğa, xaricdə oturanlara məlumat, donos ötürməyə sərf eliyən” kimi həqiqəti əks etdirməyən məlumatlar da iddiaçı X1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilmişdir. Cavabdehlər Şəxs və X5 üzərinə, iddiaçı X6 barəsində şikayət ünvanladıqları Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərliyinə və Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə yuxarıda sadalanan, iddiaçı X1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hesab edilmiş məlumatların təkzib edilməsi barədə rəsmi müraciət etmələri vəzifəsi qoyulmuşdur. Cavabdehlər Şəxs və X3 iddiaçı X2 vurduqları mənəvi ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçının xeyrinə tutulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Elektron məhkəmə informasiya sitemində əmlak məlumatlarından görünür ki, Şəxs mülkiyyətində torpaq sahəsi, iki ədəd nəqliyyat vasitəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarını öyrənərək müəyyən etmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin edəcək bütün zəruri məcburi icra tədbirləri görülmədən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs mülkiyyətində torpaq sahəsi və nəqliyyat vasitələri olmasına baxmayaraq icra sənədinin həmin əşyalar hesabına ödənilməsini təmin etmək istiqamətində heç bir icra tədbirləri həyata keçirilməmişdir. Bundan başqa borclu icra sənədindən bu gün məlumatlı olduğunu, qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar