Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7179/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Sabunçu RPİ-nin 42-ci PB-dən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Ləhic bağlarında yerləşən Məzahir adlı şəxsin bağ evindən oğurluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sabunçu RPİ-nin 42-ci PB-dən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğurluq etdiyi üçün şübhəli şəxs qismində gətirilmiş narkoloji dispanserdə yoxlanılarkən narkotik istifadə etməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sabunçu RPİ-nin 42-ci PB-dən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat Ləhic bağlarında yerləşən X1 maşınından oğurluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna və inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Sabunçu RPİ-nin 42-ci PB-dən daxil olmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Məzahir adlı şəxsdən oğurluq etməsi göstərilmiş, həmin şəxsin yəni zərərçəkmiş şəxsin məlumatları (adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı) qeyd edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi faktının maddi sübutlarla və müşahidə kamerası ilə təsdiq edildiyi qeyd olunmasına baxmayaraq, həmin sübutlar materiala əlavə olunmamışdır. Bundan başqa cinayət işinin başlanmasının rədd edilıməsi haqqında qərarda tarix qeyd edilməmişdir. Sabunçu RPİ-nin 42-ci PB-dən daxil olmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə faktının yalnız Şəxs izahatı ilə təsdiq olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işi başlanmanın rədd edilməsi haqqında qərarda hadisəni törədən şəxsin müəyyən edilmədiyi qeyd edilmişdir. Maddi sübut olması və ya hər hansı digər sübut əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin məlumatları qeyd edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokollarda zərərçəkmiş şəxslərdən konkret olaraq nəyin oğurlanması və nə qədər maddi ziyan dəyməsi qeyd edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sabunçu RPİ-nin 42-ci PB-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sabunçu RPİ-nin 42-ci PB-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7179/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7179/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver