Məhkəmə qərarları › İş №3(008)-7196/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7196/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7196/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 20 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Sabunçu rayonu, Məmmədli yolunda hərəkətdə olarkən manevr qaydasını pozub idarə etdiyi “Opel” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “İsuzu” yük markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X3 maddi ziyan dəymiş və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi OPEL markalı, **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, eyni zamanda, sözügedən avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon DYPŞ-nin polis baş leytenantı X4 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 20 oktyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində yaşadığı evdə məclis zamanı spirtli içki qəbul etmiş və bundan sonra həmin gün axşam Sabunçu rayonu, Məmmədli yolunda sürücülük hüququ olmadan dostuna məxsus OPEL markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxaraq İsuzu yük markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmışdır. Hazırda törətdiyi əməldən peşman olmasının, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasının, talassemiya xəstəsi olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 20 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Sabunçu rayonu, Məmmədli yolunda hərəkətdə olarkən manevr qaydasını pozub idarə etdiyi “Opel” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsuzu yük markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X3 maddi ziyan dəymiş və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi OPEL markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, eyni zamanda, sözügedən avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. İş materiallarında olan BD 412018 saylı, 21 iyul 2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, OPEL ASTRA MİNİK markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsusdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texnika vasitədən istifadə etmək haqqında” xx.xx.2024-cü il tarixli, 00347 nömrəli Protokoldan görünür ki, alkoqol tərkibi 0.408%-dir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 334.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, talassemiya xəstəliyindən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü Şəxs maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar