Məhkəmə qərarları › İş №3(008)-7197/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7197/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7197/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Mustafayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 31 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-1589/2021 saylı 12 aprel 2021-ci il tarixli, 2(008)-7394/2021 saylı xx.xx.2021-ci il tarixli, 3(008)-2946/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(008)- 1186/2024 saylı xx.xx.2024-cü il tarixli sənədə əsasən ödənilməlidir. Hazırda Şəxs 18800 manat məbləğində borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Rəşad Mustafayev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Məmmədov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-1589/2021 saylı 12 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 3700 manat məbləğində pul tutularaq X2, 6500 manat məbləğində pul tutularaq və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X5 ödənilməsi qət olunmuşdur. O, iyun ayınadək cəzaçəkmə müəssisəsində olduğu üçün ödəniş edə bilməmişdir. İyun ayından sonra isə işsiz olduğundan və maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Yaxın bir müddətdə işə daxil olacaq və borcunu ödəməyə çalışacaqdır. Xahiş edirki, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(008)- 1589/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul tutularaq X2, 6500 (altı min beş yüz) manat məbləğində pul tutularaq və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X5 ödənilməsi qət olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 12 aprel 2021-ci il tarixli, 2(008)-1589/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(008)- 7394/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul X3 xeyrinə tutulması qət olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, 07 dekabr 2021-ci il tarixli, 2(008)-7394/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 3(008)-2946/2022 saylı icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə edilməsi qət olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, 17 may 2022-ci il tarixli, 3(008)-2946/2022 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(008)- 1186/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi və cavabdeh Şəxs 65 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 14 mart 2024-cü il tarixli, 2(008)-1186/2024 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1589/2021 saylı 12 aprel 2021-ci il tarixli, 2(008)-7394/2021 saylı xx.xx.2021-ci il tarixli, 3(008)- 2946/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(008)-1186/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə ümumi icraatda birləşdirilmişdir; «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs izahatında iyun ayınadək cəzaçəkmə müəssisəsində olduğu üçün ödəniş edə bilmədiyini, iyun ayından sonra isə işsiz olduğundan və maddi imkanı olmadığından ödənişlər edə bilmədiyini göstərsə də, məhkəmə onun bu izahatını özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir, belə ki, iyun ayında o, cəzasını çəkib qurtardıqdan sonra məhkəmə qərarının icra edilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, qətnamənin icrasına laqeyd münasibət göstərərək səhlənkar yanaşmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 31 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar