Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7199/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə məhkəməyə təqdim olunmuş materiallar öyrənilərkən məlum olmuşdur ki, Əliyeva X1 Rayon Məhkəməsinin 2(008)-902/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məsələ öz həllini tapmadan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, AR İXM-nin 99-cu maddəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəblər qeyd edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar müəyyən etdikdən və həmin hallar əsasında inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəldikdən sonra inzibati xəta haqqında iş üzrə icraat başlamalıdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tələbkara borcunun olmadığı, bununla bağlı qəbzlərin olduğunu, məhkəmə qərarından gec məlumatlı olduğunu və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7199/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7199/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver