Məhkəmə qərarları › İş №3(008)-7201/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7201/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7201/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Üzeyir Məmmədovun iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarına tabesizlik etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakıxanov qəsəbəsi ərazisində tanışı Lətafət xanımla yemək yemişdir. Həmin zaman aralarında mübahisə yaranmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq hər ikisini 13-cü Polis Şöbəsinə dəvət etmişdir. O,qorxduğu üçün polis əməkdaşlarına ilk öncə tabesizlik etmiş, daha sonra onlarla bölməyə getmişdir, əməlindən səmimi peşmandır, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Üzeyir Məmmədov oğlu izahatında göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə Şəxs polis əməkdaşlarına tabesizlik etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına tabesizlik etmişdir. Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Vəliyev R. və Əlizadə F. tərəfindən tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli raportdan görünür ki, 01 noyabr 2024-cü il tarixdə saat 05:00 radələrində R.Axundov küçəsində iki nəfər şəxsin mübahisə etdiklərini görmüşdürlər. Həmin şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşduqda onlardan biri səbəbsiz yerə üzərlərinə hücum çəkib təhqir və söyüşlərlə onlara müqavimət göstərmişdir. Həmin şəxsdən dəfələrlə polisin qanuni tələbinə tabe olaraq sakitləşməsini xahiş etmişdirlər. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Həmin şəxsləri 13-cü Polis Şöbəsinə təmin etmiş və həmin şəxslərin Şəxs və onunla mübahisə edən X2 olduğu müəyyən edilmişdir; X1 izahatından görünür ki, 01 noyabr 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Mono Pob restoranında tanışı Raminlə oturub çörək yedikləri zaman Ramin spirtli içki qəbul etmişdir. Sonra sərxoş vəziyyətdə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşdıqda Raminin içkili olduğunu görüb onu sakitləşdirmək istəmişdirlar, lakin Ramin sakitləşməyərək polis əməkdaşları ilə mübahisə etmiş və onlarla kobud danışmağa başlamışdır. Polis əməkdaşlarından çıxıb getmələrini tələb etmişdir. Polis əməkdaşları onu nə qədər sakitləşdirmək istəsələr də Ramin sakitləşməyərək səs-küy salmağa davam etmişdir. Buna görə də polis əməkdaşları hər ikisini Polis Şöbəsinə gətirmişdirlər; 01 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Həsənov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həsənov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar