Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7203/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdam rayonu, İmamqulubəyli ərazi dairəsi, İmamqulubəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X3 whatsap vasitəsilə təhqiramiz ifadələr yazaraq təhqir edərək xırda xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə gətirilən zaman polis əməkdaşlarına nalayiq ifadələr işlədərək iş rejimi qaydalarını pozmuşdur. Ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, polisin qanuni tələbinə qəsdən riayət etməyərək etdiyi əməllərə davam etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir etməmişdir. Zərərçəkmiş şəxsin avtomobili vardır, həmin avtomobili zərərçəkmiş şəxsin xahişi əsasında etibarnamə əsasında o, idarə etmişdir. O, avtomobili idarə etmədiyi vaxtlarda kimsə avtomobili idarə edərək qayda pozuntusuna yol vermiş və bunun nəticəsində onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. O, zərərçəkmiş şəxsə cəriməni ödəyib bu məsələni həll etməsini bildirmişdir. Zərərçəkmiş şəxsə zəng edərək avtomobillə qızını apara biləcəyini dedikdə zərərçəkiş şəxs həmin gün lazım olmadığını, sonra özü əlaqə saxlayacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs sonra zəng etdikdə həyat yoldaşı yanında olduğu üçün o, telefona cavab verə bilməmişdir. Daha sonra ona nalayiq ifadələrlə sms yazmışdır. Onun həyat yoldaşı isə zərərçəkmiş şəxsə nalayiq ifadələrlə cavab vermişdir. O, bunu sonra telefonda görmüş və dəfələrlə zərərçəkmiş şəxsə zəng etsə də o, telefona cavab verməmişdir. Polis əməkdaşı Ağdam rayonuna onun yaşadığı ünvana gələrkən o, heç bir tabesizlik göstərməmiş, onunla birlikdə 13-cü PŞ-nə gəlmişdir. PŞ-də kameralarda var o, şöbədə olarkən da heç kimi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, qızının xəstəliyi ilə bağlı Laçın onları özünə məxsus avtomobil ilə həkimə aparmışdır. Sonuncu dəfə o, Şəxs qızını həkimə aparıb-apara bilməyəcəyini soruşduqda o, söz verərək aparacağını demişdir. O, da bundan sonra arxeyin olmuşdur ki, Laçın onları aparacaqdır. Lakin həkimə getməli olduqları gün o, gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. Bu zaman o, Laçına vatsap vasitəsilə sms yazaraq iradını bildirmişdir. Buna cavab olaraq Laçın vatsapda nalayiq ifadələrlə onu təhqir etmişdir. Daha sonra o, 102 xidmətinə onun bu hərəkətindən şikayət edəcəyini bildirmişdir. Bu zaman onu daha pis sözlərlə təhqir etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X3 vhatsap vasitəsilə təhqiramiz ifadələr yazaraq təhqir edərək xırda xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə gətirilən zaman polis əməkdaşlarına nalayiq ifadələr işlədərək iş rejimi qaydalarını pozmuşdur. Ona dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq o, polisin qanuni tələbinə qəsdən riayət etməyərək etdiyi əməllərə davam etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli AZA 015181 nömrəli protokoldan görünür ki, Şəxs 31 oktyabr 2024-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs polisə qarşı heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahidlərin iştirakı təmin edilməmiş, polis şöbəsində tabesizliyin göstərildiyi qeyd edilsə də həmin anı özündə əks etdirən video görüntülər təqdim edilməmişdir. Beləliklə Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ona istinad olunan digər inzibati xətanın, yəni İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin mövcudluğu da öz təsdiqini tapmamışdır. Belə ki, xuliqanlığın əsas əlaməti ictimai qaydanın pozulmasında, digər insanların narahatçılığına səbəb olunacaq hərəkətlərə yol verilməsində ifadə olunur. Lakin işin faktiki hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, tərəflərin bir-biri arasında şəxsi münasibətlərdən irəli gələn mübahisə baş vermiş və vatsap sosial şəbəkəsi vasitəsilə yazışmalar aparılmışdır. Yəni xuliqanlıq üçün xarakterik olan ictimailik əlaməti müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7203/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7203/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver