Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7205/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17 oktyabr 2024-cü il tarixdə, saat 11:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Sabunçu qəsəbəsinə gedən zaman ona məxsus **-NU-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX 35” minik markalı avtomobili Yol Patrul Xidməti tərəfindən saxlanılmış, ona işıqforu qırmızı işıqda keçməsi bildirilmiş və barəsində protokol tərtib edilmişdir. Bununla bağlı görüntü tələb etsə də, ona köməklik edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahatında göstərmişdir ki, o özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Sabunçu qəsəbəsinə doğru hərəkətdə olan zaman svetaforu qırmızı işıqda keçməmişdir. Həmin vaxt svetaforun yaşıl işığı yanırdı. Həmçinin, qeyd olunan inzibati xəta ilə bağlı hər hansı görüntü də yoxdur. Bu səbəbdən hesab edir ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X2 yolun kənarında olan avtobuların svetaforun qırmızı işığının yanması səbəbindən deyil, sərnişinləri endirməsi məqsədi ilə dayandıqlarını, həmin yoldan ilk dəfə keçdiyini, bu səbəbdən orada qarşı hərəkət istiqamətləri üçün avtomobillərin hərəkəti məqsədi ilə svetaforun yaşıl işığının yanması arasında 15 saniyəlik fərqin olmasından məlumatsız olduğunu, bir vətəndaş olaraq ilk dəfə keçdiyi yolda bunu bilməməsinin onun ziyanına şərh olunmasının düzgün olmadığını, belə olan halda ona xəbərdarlıq edilərək təkrar eyni xətanı törətdiyi halda inzibati cərimə yazılmasının daha ədalətli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, hal-hazırda məhkəməyə təqdim edəcəyi görüntündən də “Hyundai İX 35” minik markalı avtomobilin svetaforun qadağanedici işarəsinə əhəmiyyət vermədən qırmızı işıqda hərəkətdə olması açıq-aşkar görünməkdədir. Həmin görüntülərdə ağ rəngli “Hyundai İX 35” minik markalı avtomobilin hərəkətdə olduğu zaman həmin yolda olan avtobuslar və digər iki nəqliyyat vasitəsinin dayanması, sağ tərəfdə olan svetaforda qırmızı işığın yanması “Hyundai İX 35” minik markalı avtomobilin sürücü tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin təsdiq olunmasına dəlalət edir. Həmin yolda qarşı hərəkət istiqamətləri üçün avtomobillərin hərəkəti məqsədi ilə svetaforun yaşıl işığının yanması arasında 15 saniyəlik fərq vardır, ola bilər sürücü əks hərəkət zolağında olan avtomobillərin hərəkət etməsini görərək onun hərəkət zolağında da yaşıl işığın yanmasını güman etmişdir. Hər bir halda şəxs tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkil və videogörüntüyə baxış keçirildikdən sonra X2 videogörüntüdə qeydə alınmış ağ rəngli «Hyundai İX 35” minik markalı avtomobilin onun idarə etdiyi avtomobil olduğunu, 17 oktyabr 2024-cü il tarixdə həqiqətən də həmin yolda hərəkət etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Hyundai İX 35” minik markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 17 oktyabr 2024-cü il tarixdə, saat 11:58 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsində hərəkətdə olarkən svetaforun qadağanedici nişanı verilərkən hərəkətini davam etdirmiş və nəticədə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, həqiqətən də ağ rəngli, “Hyundai İX 35” minik markalı avtomobil hərəkətdə olan zaman svetaforun qırmızı işığı yanmaqla həmin yolda olan digər nəqliyyat vasitələri dayanmış vəziyyətdə olmuşlar. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, svetaforun qırmızı işığı yanan zaman həmin yolda olan digər nəqliyyat vasitələri hərəkərlərini dayandırsalar da, ağ rəngli, “Hyundai İX 35” minik markalı avtomobilinin sürücüsü hərəkətini davam etdirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə -yüz manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək «Hyundai İX 35” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol nişanlarının tələblərinə riayət etmədən svetaforun qadağanedici işarəsinə əhəmiyyət vermədən öz hərəkətini davam etdirməsinin videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında videogörüntüyə baxış keçirilmədən öncə X2 özünü ümumiyyətlə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməyərək onun hərəkətdə olduğu zaman svetaforun yaşıl işığının yandığını bildirsə də, videogörüntüyə baxış keçirildikdən sonra videogörüntüdə qeydə alınmış ağ rəngli «Hyundai İX 35” minik markalı avtomobilin onun idarə etdiyi avtomobil olduğunu, 17 oktyabr 2024-cü il tarixdə həqiqətən də həmin yolda hərəkət etdiyini, həmin yoldan ilk dəfə keçdiyini, bu səbəbdən orada qarşı hərəkət istiqamətləri üçün avtomobillərin hərəkəti məqsədi ilə svetaforun yaşıl işığının yanması arasında 15 saniyəlik fərqin olmasından məlumatsız olduğunu, bir vətəndaş olaraq ilk dəfə keçdiyi yolda bunu bilməməsinin onun ziyanına şərh olunmasının düzgün olmadığını, belə olan halda ona xəbərdarlıq edilərək təkrar eyn xətanı törətdiyi halda inzibati cərimə yazılmasının daha ədalətli olduğunu bildirmişdir ki, bununla da şəxs dolayı da olsa törətdiyi inzibati xətanı etiraf etmiş, sadəcə bunu bilmədən etdiyini vurğulamışdır. X2 inzibati xətanı qeydə alındığı yolda ilk dəfə hərəkət etməsinə və həmin yolda qarşı hərəkət istiqamətləri üçün avtomobillərin hərəkəti məqsədi ilə svetaforun yaşıl işığının yanması arasında 15 saniyəlik fərqin olmasından məlumatsız olduğuna, ondan solda olan svetaforun yaşıl işığının yanmasını görərək hərəkət etməsinə istinad edərək barəsində qəbul edilmiş qərarı qanunsuz hesab etsə də, məhkəmə qeyd edir ki, sürücünün hər hansı yolda ilk dəfə hərəkət etməsi onun hərəkət etdiyi yolda ilk dəfə hərəkət edib-etməməsindən asılı olmayaraq diqqətsiz davranmasına, yol nişanlarının və svetaforun işarələrinə riayət etməməsinə zəmin yaratmamaqla onun inzibati məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilməz. X2 onun həmin yolda ilk dəfə hərəkət etməsi nəzərə alınaraq ona xəbərdarlıq elan olunmasının ədalətli olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, qanunverici imperativ şəkildə qeyd olunan inzibati xətanın ilk dəfə törədilib-törədilməməsindən asılı olmayaraq həmin xətaya görə şəxs barəsində yalnız inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuşdur. X1 özünü təqsirli bilməyərək irəli sürdüyü dəlillərdən biri ondan ibarət olmuşdur ki, onun hərəkətdə olduğu yolda avtobusların dayanma səbəbi svetaforun qırmızı işığının yanması deyil, avtobusların sərnişinləri endirməsi olmuşdur. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan yolda yalnız avtobuslar deyil, ondan başqa yük avtomobili və minik avtomobili də hərəkətlərini dayandırmış vəziyyətdə olmuşlar. Bununla yanaşı, məlumdur ki, avtobusdan sərnişinlərin enməsi və ya avtobusa sərnişinlərin minməsi üçün avtobuslar yolun sağ kənarında birinci sırada avtobusu saxlayırlar ki, hazırda məhkəməyə təqdim edilmiş videogörüntüdə avtobuslardan birinin orta zolaqda yük avtomobilindən öndə dayanması görünməklə, digər avtobuslardan da sərnişinlərin enməsi və ya avtobusa minmələri müşahidə edilməmişdir ki, bu da X1 irəli sürdüyü dəlillərin əsassız olmaqla özünümüdafiə xarakteri daşımasının göstəricisidir. Göründüyü kimi, X1 irəli sürdüyü dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmiş, onun həmin yolda qarşı hərəkət istiqamətləri üçün avtomobillərin hərəkəti məqsədi ilə svetaforun yaşıl işığının yanması arasında 15 saniyəlik fərqin olmasından məlumatsız olduğunu, ondan solda olan svetaforun yaşıl işığının yanmasını görərək hərəkət etməsini bildirməsi ilə şəxs əslində törətdiyi inzibati xətanı etiraf etmişdir. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7205/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7205/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver