Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7207/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X3 iştirakı ilə, X8 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin Polis Mayoru X2 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli Qərarı ilə mənə əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 150 (yüz əlli) manat cərimə yazılmışdır. Qeyd olunan maddəyə əsasən, onun barəsində 150 AZN cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, o, inzibati xətanı törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:11 radələrində ona məxsus “VAZ 2106 MİNİK” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh, Sabunçu rayonu Kürdəxanı Zabrat şossesi ünvanında üzü Zabrat istiqamətində yolda təmir tikinti işləri getdiyinə görə yolun əks istiqamətin sağ tərəfindəki torpaq yolla yolla aid olmayan hissəsi ilə hərkət etmişdir. Bununla bağlı əsasız olaraq onun barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib etmişdir. Hesab edir ki, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında 11,10.2024-cü il tarixli TP ******* nömrəli Qərar qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən DİN BDYPİ-nin Polis X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024- cü il tarixli TP ******* nömrəli qərarı üzrə AR İXM-nin 327.4-cü maddəsi ilə 150 (bir yüz əlli) manat cərimə olunmağı barədə qəbul edilmiş qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, hadisə baş verən yolda təmir işləri getdiyindən o, məcbur olub əks istiqamətli yola çıxmışdır. Digər avtomobillər də eyni qaydada hərəkət etmişlər. Ona görə hesab edir ki, barəsində tərtib olunmuş qərar əsassızdır. Bakı şəhər X13 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Bakı şəhər X13 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın nümayəndəsinin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X9 xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolu istiqamətində “VAZ 2106” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; Səlahiyyətli orqan tərəfindən təqdim edilən video görüntüdən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə saat 11:11-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolu istiqamətində idarə etdiyi “VAZ 2106” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmin video görüntüdə X8 hərəkət etdiyi yolda özünün bildirdiyi təmir işlərinin aparılmasına və ya nəqliyyat vasitələrinin hərəkətinə maneə törədəcək digər hallara rast gəlinməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X8 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X13 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X8 Bakı şəhər X13 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7207/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7207/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver