Məhkəmə qərarları › İş №3(008)-7208/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7208/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7208/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 saylı qərarından görünür ki, X5 05 iyun 2024-cü il tarixdə saat 16:09-da Bakı şəhəri, Hüsü Hacıyev (Kürdəxanı), 47 ünvanında “VAZ 21074 minik” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 saylı qərarı X4 barəsində tərtib edilmişdir. Lakin qərardan şikayət X3 tərəfindən verilmiş, və onun barəsində qərar qəbul edilmiş şəxsin nümayəndəsi qismində iştirakını təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmin qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 saylı qərarının ləğv edilməsinə dair şikayəti X2 geri qaytarılsın. 05 iyun 2024-cü il tarixli qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar