Məhkəmə qərarları › İş №3(008)-7213/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7213/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7213/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 nın katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Axaməd kəndində qeydiyyatda olan– Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:50-də idarə etdiyi “NİSSAN TİİDA” markalı, **-HU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Böyükşor gölü, H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, qəflətən sola kəskin manevr edib arxadan eyni istiqamətdə hərəkətdə olan “OPEL ASTRA” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən vurub toqquşmuş, zərbədən o da yolun sol hissəsində quraşdırılmış işıq dirəyinə çırpılmışdır. Nəticədə hər iki avtomobil və işıq dirəyinə maddi zərər yetirilmişdir. Hadisə zamanı sonuncu avtomobilin sürücüsü və sərnişini yüngül bədən xəsarətləri almışdırlar. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı X6 tərəfindən AP ******* seriyalı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:50-də idarə etdiyi “NİSSAN TİİDA” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi,Böyükşor gölü Azərbaycan Qadını küçəsində hərəkətə olarkən düzgün ara məsafəsi saxlamayaraq qarşısındakı “OPEL ASTRA” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun sağ hissəsindən vurub toqquşmuşdur. Nəticədə hər iki avtomobil zədələnmiş və sonuncu avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə, saat 16:50-də idarə etdiyi “NİSSAN TİİDA” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi,Böyükşor gölü qarşısındakı dairəyə daxil olub,H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, qəflətən sola kəskin manevr edip ,arxadan eyni istiqamətdə hərəkətdə olan “OPEL ASTRA” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən vurub toqquşmuşdur, zərbədən oda yolun sol hissəsində quraşdırılmış işıq dirəyinə çırpılmışdır. Hadisə zamanı o, yüngül bədən xəsarətləri almışdır. Hal-hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. Şəxslə barışmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və zərərçəkmiş X3 rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsininiştirakını məhkəmədə təmin etməmişlər, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 7 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1/8851 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokollarından görünür ki, Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2/53038 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokollarından görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, 2471 saylı Ekspert rəyindən görünür ki, X1 diz oynağı nahiyəsinin sağ baldıra keçən dərialtı hematoması və sıyrıqları və sol said nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarət bərk-küt əşyanın təsirində törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törtənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, 2472 saylı Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarət bərk-küt əşyanın təsirində törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törtənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar