Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7234/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X2 xx.xx.2024cü il tarixdən, X3 isə xx.xx.2024-cü il tarixdən bu günədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutula inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat əsasında təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında protokolda X2, X1 olaraq harada işə cəlb olunmaları, hansı işə cəlb olunmaları qeyd olunmamışdır. İnzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında öz təsdiqini tapdığı qeyd edilmişdir. Lakin iş materiallarında bu məlumatların Daxili İşlər Nazirliyindən daxil olmasını, o məlumatların DİN tərəfindən hansı formada əldə olunmasını təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş elektron informasiya sisteminin məlumatı DƏMX-nin adlı siyahısını özündə əks etdirir. Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta istər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi, istərsə də digər dövlət informasiya sistemi vasitəsilə aşkar edildikdə inzibati xəta törətməsi iddia olunan hüquqi şəxslər barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Hazırki iş üzrə isə inzibati xəta haqqında protokol qeyd olunan qaydada tərtib olunmamışdır və bunun əksini, yəni inzibati xətanın informasiya sistemi vasitəsilə deyil, digər qaydada aşkar olunmasını təsdiq edən sübut da iş materiallarında yoxdur. İnzibati xəta haqqında protokolda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X3, X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə işğaldan azad olunmuş rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyən olunmamışdır. Protokolda adları qeyd edilən şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X5, X4 müəyyən edilərək izahatları alınmamışdır. Həmin şəxslərin qeyd olunan ərazilərə gedib-getməmələri, orada hər hansısa işlərin görülməsinə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Ümumiyyətlə inzibati xəta haqqında protokolda bu şəxslərin şirkət tərəfindən məhz hansı işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə cəlb edildiyi qeyd edilməyərək qeyrimüəyyən mahiyyətdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki inzibati xəta haqqında protokolda şəxsin ona istinad olunan inzibati xətanı törətməsinin konkeret olaraq onun hansı hərəkətlərində ifadə olunduğu qeyd edilməklə inzibati xətanın mahiyyəti tam, aydın, müfəssəl göstərilməli və onu təsdiq edəcək mötəbər sübutlar təqdim edilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən araşdırma natamam şəkildə aparılaraq yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim olunmuş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından işin səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7234/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7234/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver