Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7282/2024 16.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Bakı şəhəri Şuşa rayon prokurorluğunun nümayəndəsi Bakı şəhəri Şuşa rayon prokurorunun köməkçisi Nümayəndə3, Şəxs direktoru Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Şuşa rayon prokurorluğu tərəfindən qəbul edilərək məhkəməyə təqdim edilmiş 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs MMC əmək müqaviləsi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 17 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunu 19 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Şuşa rayon prokurorluğunun nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edib hüquqi şəxsin işçisi Nümayəndə1 tərəfindən Zərərçəkmiş şəxs2 17 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunu 19 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edildiyini, AR İXM-nin 18.2.4-cü maddəsinə əsasən hüquqi şəxsin işçisinə rəhbərliyin nəzarət etməməsi nəticəsində hüquqi şəxsin xeyrinə inzibati xətanın hüquqi şəxs tərəfindən törədilmiş inzibati xəta kimi qiymətləndirildiyini, göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru Nümayəndə2 inzibati xəta haqqında qərara etiraz edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlu hüquqi şəxs tərəfindən deyil, hüquqi şəxslə podrat müqaviləsi bağlamış Nümayəndə1 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə halda hüquqi şəxs göstərilən inzibati xətada təqsirli hesab edilə bilməz. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlu ilə ayrıayrılıqda telefon əlaqəsi yaradılmış, onlar həqiqətən də inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilən tarixlərdə Şuşa şəhərində Nümayəndə1 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiklərini, əmək haqları vaxtında ödənilmədiyindən şikayət etdiklərini, daha sonra əmək haqlarının ödənildiyini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərara əsasən Şəxs MMC əmək müqaviləsi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 17 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunu 19 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Elektron prokurorluq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Şəxs MMC ilə Nümayəndə1 arasında 14 iyun 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və 13 avqust 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə1 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nümayəndə1 14 sentyabr 2024-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunu işlərin yerinə yetirilməsinə cəlb etdyini, 2024-cü ilin iyun ayında işləri təhvil verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunun 20 sentyabr 2024-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında 2024-cü ilin iyun ayında Nümayəndə1 tərəfindən Şuşa şəhərində “Asan Xidmət” inzibati binasının tikilməsi ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edildiyini, iyun ayı ərzində 18 gün işlədiyini, onunla hər hansı şəxs arasında müqavilə bağlanmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 20 sentyabr 2024-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında 2024-cü ilin iyun ayında Nümayəndə1 tərəfindən Şuşa şəhərində “Asan Xidmət” inzibati binasının tikilməsi ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edildiyini, iyun ayı ərzində 18 gün işlədiyini, onunla hər hansı şəxs arasında müqavilə bağlanmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-nin tikinti işlərini həyata keçirməli olduğu Şuşa şəhərində yerləşən “ Asan Xidmət”in inzibati binasının tikilməsi ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb olunması mübahisələndirilməmiş, lakin nümayəndə həmin şəxslərin MMC tərəfindən deyil, podratçı Nümayəndə1 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiklərini iddia edərək MMC-nin AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli olmasının mümkün olmamasını bildirmişdir. Nümayəndənin həmin dəlilinə münaisbətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlunu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş Nümayəndə1 həmin şəxsləri işlərin yerinə yetirilməsinə cəlb edərkən MMC ilə onun arasında mülki (podrat) xarakterli deyil, məhz əmək münasibətləri mövcud olmuş və o, Şəxs MMC-nin rəsmi işçisi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki halda iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC ilə Nümayəndə1 arasında 14 iyun 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin tarixdən 13 avqust 2024-cü il tarixədək tərəflər arasında əmək münasibətləri mövcud olmaqla Nümayəndə1 Şəxs MMC-nin rəsmi işçisi olmuş, Zərərçəkmiş şəxs2 17 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs1 Ağaşükr oğlu isə 19 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək MMC-nin işçisi Nümayəndə1 tərəfindən MMC-nin tikinti işlərini həyata keçirməli olduğu Şuşa şəhərində yerləşən “ Asan Xidmət”in inzibati binasının tikilməsi ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edilmişlər ki, bu da MMC-nin AR İXM-nin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxsləri tərəfindən MMC-nin işçisinə və MMC tərəfindən həyata keçirilən işlərə nəzarət etməməsi nəticəsində müvafiq inzibati xətanın törədilməsinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan yazılı izahatlar və digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Ağaşükr oğlu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7282/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7282/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver