Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7287/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİnin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim 9 ünvanında yerləşən “Grandmart” marketindən 70 manat dəyərində “Jack Daniels” markalı spirtli içkini oğurlamışdır. Bu faktın rədd materialı əsasında təsdiq edildiyi qeyd edilmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ürəyi spirtli içki qəbul etmək istədiyi üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim 9 ünvanında yerləşən “Grandmart” marketinə getmiş və oradan “Jack Daniels” markalı spirtli içkini götürərək əynindəki gödəkçənin iç tərəfindən qolunun altında gizlədərək mağazanı tərk etmək istədikdə nəzarətçi onu saxlamış, arxadan hər iki əlini tutduqda gödəkçənin altında gizlətdiyi mağazadan oğurladığı “Jack Daniels” markalı spirtli içki yerə düşərək sınmış və yararsız hala düşmüşdür. Həmin vaxt mağazanın müdiri onun barəsində polisə məlumat vermişdir. Bir səhv etmişdir, əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1-2534 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvvəkilinə göndərilməsi qərara alınmışdır. İş faktiki hallarından məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim 9 ünvanında yerləşən “Grandmart” marketindən 70 manat dəyərində “Jack Daniels” markalı spirtli içki götürmüş və mağazadan çıxmaq istədikdə mağazanın əməkdaşları tərəfindən saxlanılmışdır. Yəni, şəxs ondan asıl olmayan səbəbdən öz qanuna ziddi əməlini başa çatdıra bilməmişdir. Belə ki, oğurluq maddi tərkibli inzibati xəta olduğundan şəxsin oğurladığı əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab edilir. İnzibati xətalar qanunvericiliyində inzibati xətaya cəhd deyə bir inistut nəzərdə tutulmamışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda şəxsin başa çatmayan inzibati xətaya görə məsuliyyətə cəlb olunması qanunçuluq prinsipinin tələblərinə tamamilə ziddir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7287/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7287/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver