Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7288/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, barəsində inzibati xəta haqqında Şəxs nümayəndəsi Nümayəndə2, inzibati xəta hqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 31 oktyabr 2024-cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 66949.30 (altmış altı min doqquz yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində vəsaiti 10 oktyabr 2022ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10596.30 (on min beş yüz doxsan altı dollar otuz sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, “Emerson” şirkəti ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağladıqdan sonra “Emerson” şirkəti malları "xxxx" MMC-yə təqdim edir və o Azərbaycan gömrüyünə çatanadək həmin malları Azərbaycanda bağladığı SOCAR-ın Heydər Əliyev adına X4 alqı-satqı yolu ilə satır. Mallar Azərbaycana SOCAR-ın təqdim etdiyi gömrük bəyannaməsinə uyğun olaraq idxal olunur. Həmin müdət ərzində "xxxx" MMC Şəxs ilə birləşmə nəticəsində ləğv olunur və "xxxx" MMC-nin hüquqi varisi Şəxs olur. Həmin mallar SOCAR-a satılmış, SOCAR tərəfindən idxal olunmuş Şəxs MMC-nin SOCAR-a verdiyi elektron qaimə nəticəsində həmin vəsaitlər tam olaraq Şəxsnə ödənilmişdir. Protokolun elə birinci bəndində Mərkəzi Bankın qeyd etdiyi kimi 66949.30 ABŞ dolları ölkədən çıxarılmışdır. Bu gün isə Mərkəzi Bank onun 10596.30 ABŞ dollarını tələb etməkdədir. Onlar vahid ödəmə tapşırığı ilə ödənişi etmişdirlər. Belə görünür ki, vəsaitin 56000-nə dair hissəi Mərkəzi Bank tərəfindən mübahisələndirlmir və onların Azərbaycana idxal olunduğu görünür. Gömrük bəyannamələri onlarda olmadığından Socara rəsmi müraciət olunub və Socar onlardan aldığı həmin invoysa görə gömrük bəyannamələrini təqdim edəcəkdir. Sübutetmə vəzifəsi inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana aid olduğundan 66949.30 ABŞ dolları məbləğində vəsaitinin 56000 hissəsinin ölkəyə idxal olunması ilə bağlı malların gömrük bəyannamələrinin hansı formada bağlandığını məhkəməyə təqdim edilməsini xahiş edirik. “Emerson” şirkəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə hansı mallar idxal olunacaqsa həmin mallara dair onlarda yeni qaimələrdə hamısının adı mövcuddur eləcə də gömrük bəyannaməsində bütün mallar öz əksini tapmaqdadır. Mallar Azərbaycana idxal olunub, satılıb və pulu Socar tərəfindən ödənilmişdir. Malların hamısının Azərbaycana idxal olunduğunu bildirirək, onların barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sədirlik edənin sual-cavabı əsasında Şəxs nümayəndəsi Nümayəndə2 həmin malların hamısının Azərbaycana idxal olunduğunu, sadəcə Socarın adı ilə daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta hqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, ölkədən çıxarılan maddi vəsait 66949.30 ABŞ dollardır. Onun 51000 ABŞ dollarına yaxın hissəsi ölkəyə idxal olunmuşdur. Vəkilin vurğuladığı mallar Socarın adına idxal olunmuşdur, bununla bağlı o bəyannamə tələb edəcəkdir. X5 bəyannamə təqdim etmişdirlər və o bəyannamə eyni bəyannamə olduğu üçün bank onu mübahisələndirmədən bağlayaraq onlara göndərmişdir. Hazırda təqdim etdikləri bəyannamə 120 kodu ilədir və bu kodla olan bəyannamələr avans ödənişin bağlanması üçün istifadə olunmur. Çünki 120 kodunun gömrükdən verilən təyinatı odur ki, mal alınıb və mal artıq ölkədədir, onun pulunu daha sonra göndərəcəkdir. Ancaq bu ödəniş avans ödənişdir və 100 kodu ilə icra olunmalıdır. Yəni pul indi göndərilir və mal daha sonra gələcək. İkinci olaraq həmin bəyannamədə maliyyə məsələlərindən məsul şəxs olaraq Heydər Əliyev adına X3. Yəni bu fakt öz təsdiqini tapmışdır ki, ölkədən vəsaiti köçürən şəxs Heydər Əliyev adına X3. Yəni Şəxs həmin bəyannamə ilə əlaqəsi yoxdur. Nümayəndə alqı-satqı müqaviləsi bağladıqlarını və həmin malların Socar tərəfindən ölkəyə idxal edildiyini bildirmişdir. Halbuki belə bir hal qaydalarda nəzərdə tutulmamışdır. Vəsait ölkədən kim tərəfindən çıxarılırsa, mal həmin şəxsin adına ölkəyə daxil olmalıdır ki, bank sonradan həmin əməliyyatı icra etdikdə bəyannamə üzrə eyniliyi müəyyənləşdirə bilsin. Malların eyniləşdirlməsi ilə bağlı hər hansı bir avadanlıq ölkəyə idxal olunduqda həmin avadanlığın eyni avadanlıq olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. "xxxx" MMC, Şəxs və Heydər Əliyev adına X6 arasında müqavilə bağlanmış və sonuncu təqdim olunan bəyannamədə həmin müqaviləyə istinad edilmişdir və həmin bəyannamə Mərkəzi Bank tərəfindən qəbul edilməmişdir. Vəsait ölkədən çıxarılarkən bağlanılan müqavilə “Emerson” şirkəti ilə "xxxx" MMC arasında bağlanılan müqvilədən görünür ki, yerli iki şirkət xaricdə bir-birinə mal satır və o malı başqa bir şirkət ölkəyə gətirir. Yəni onlar malı satırlar Heydər Əliyev adına X4, həmin şirkət də malı ölkəyə idxal edir. Ümumiyyətlə bu əməliyyat qaydalarda nəzərdə tutulmayan bir əməliyyatdır. Əslində mal ölkəyə idxal olunmalı, gömrük rüsumları ödənilməli və daha sonra həmin mal Heydər Əliyev adına X4 satılmalı idi. Bu səbəbdən də təqdim edilmiş bəyannamə qəbul edilmir və tərtib edilmiş protokolla heç bir əlaqəsi yoxdur. Həmin bəyannamə əsasında malların ölkəyə idxal edilməsi sübut edilmir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərədə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 15 oktyabr 2024-cü il tarixli məktub və qoşmasından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 66949.30 (altmış altı min doqquz yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində vəsaiti 10 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülməsi, 10596.30 (on min beş yüz doxsan altı dollar otuz sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 31 oktyabr 2024-cü il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 66949.30 (altmış altı min doqquz yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində vəsaiti 10 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10596.30 (on min beş yüz doxsan altı dollar otuz sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov (Bakıxanov qəsəbəsi), ev 3H, mənzil 2575-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 66949.30 (altmış altı min doqquz yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində vəsaiti 10 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10596.30 (on min beş yüz doxsan altı dollar otuz sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10596.30 (on min beş yüz doxsan altı dollar otuz sent) ABŞ dolları məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2119.26 (iki min yüz on doqquz dollar iyirmi altı sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7288/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7288/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver