Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7292/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xətalar haqqında işlər üzrə qərarı ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim etmişlər. Qərarı rəsmi alandan sonra 10 gün şikayət etmək müddətinin olması barədə xəbərsiz olmuşdur. Həmçinin ona tətbiq edilən cərimədən də xəbərsiz olmuş bu səbəbdən prosessual müddət bərpa edilməlidir. Qeyd edilənlərə əsasən hazirda Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xətalar haqqında işlər üzrə qərarından məhkəməyə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərardan görünür ki, X1 16 may 2021-ci il tarixdə saat 06:06-da “LİFAN LF 7132/2 320 minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 (on) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın 16 may 2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə elektron qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müraciət olunmuş və şikayət ərizəsi həmin tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şikayətçi vermiş olduğu vəsatətdə həmin qərarı xx.xx.2024-cü il tarixdə aldığını, həmin qərardan 10 gün müddətində şikayət etmək müddətinin olmasından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən hal müddətin üzrlü səbəbdən buraxılması hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7292/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7292/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver