Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7293/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1, X2 DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əldə etmişdir. Qərarı alandan sonra 10 gün müddətində şikayət verə biləcəyindən məlumatsız olmuşdur. Həmçinin ona tətbiq edilən cərimədən də xəbərsiz olmuşdur. Göstərilənlərə əsasən DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 bildirmişdir ki, barəsində bir neçə qərar olmuşdur. Ona görə həmin qərarları konkret olaraq nə vaxt əldə etməsini xatırlamır. Ola bilsin ki, yol hərəkəti qaydasını pozaraq inzibati xətanı törətmişdir. Maddi vəziyyəti cərimələri ödəməyə imkan vermir. Göstərilənlərə əsasən məhkəmədən müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətçi şikayət vermə müddətin ötürülməsinin üzürlülüyü barəsində heç bir əsaslı dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət rədd edilməli və inzibati tənbeh vermə haqqında qərardan şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: X2 DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin və inzibati tənbeh vermə haqqında qərardan şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Qərardadın müddətin bərpasına dair vəsatətin rədd edilmə hissəsindən onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7293/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7293/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver