Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7294/2024 16.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından şikayət vermiş, eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək həmin qərardan buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 3(008)-7294/2024-003 saylı qərardadı ilə X1 Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 18 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7294/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7294/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver