Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7296/2024 16.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından şikayət vermiş, eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək həmin qərardan buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olmuş, qərarı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən də müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 inzibati xətanı törətdiyini qəbul etdiyini, sadəcə müddəti bərpa edərək həmin inzibati xətaya görə təyin edilmiş cərimənin ödənilməməsi əsası ilə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsinə nail olmaq istədiyini bildirmişdir. Məhkəmə vəsatəti, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X2 məhkəmə iclasında izahatında qərarı gec əldə etdiyini bildirsə də, 03 ildən artıq müddət ərzində inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsini istisna edən halların olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bununla yanaşı, X2 özü məhkəmə iclasında əslində 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı deyil, həmin qərar əsasında müəyyən edilmiş təyin edilmiş cərimənin ödənilməməsi əsası ilə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsinə nail olmaq istədiyini bildirmişdir ki, bu da şəxsin formal olaraq müddətin bərpasına dair vəsatət və müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair vəsatətlə məhkəməyə müraciət etməsinin göstəricisidir. Göstərilən bu hallar məhkəməyə təqdim edilmiş vəsatətin dəlillərinin əsassız olmasına, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin isə üzrlü səbəb olmadan buraxılmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.; 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 30.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iş materiallarını, habelə şikayətçi tərəfindən müddətin buraxılması səbəbi kimi istinad etdiyi halları araşdıraraq verilmiş vəsatəti əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 17 may 2021-ci il tarixli, EQ ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7296/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7296/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver