Məhkəmə qərarları › İş №3(008)-730/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-730/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-730/2021 15.01.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvəllər məhkum olunmuş, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsində vətəndaş X12 məxsus avtomobildən dəyəri, 150 manat olan “Pioner” maqintofon, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində vətəndaş Əhmədova Rəsmiyyə rafiq qızına məxsus həyətdən dəyəri, 110 manat olan 14 ədəd ev quşu, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsində vətəndaş X9 məxsus evdən dəyəri, 300 manat olan “Samsung” markalı televizor, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində vətəndaş X10 məxsus 200 manat dəyərində 1 ədəd “Bosch” markalı laqonda, 1 ədəd “Bosch” markalı elektrik mişarı, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Fronze küçəsində vətəndaş X5 məxsus həyətdən ümumilikdə dəyəri 200 manat olan16 toyuq, 2 direl, 1 laqonda, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində vətəndaş X13 məxsus avtomobildən dəyəri, 230 manat olan görüntü kamerası, xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tarmvay küçəsində vətəndaş X17 oğluna məxsus avtomobilin təkərlərini bıçaqla deşərək 200 manat zərər vurmuş, xx xxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni məhəllədə vətəndaş X11 məxsus avtomobildən dəyəri, 500 manat dəyərində 2 ədəd akkumlyator, xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində vətəndaş X6 məxsus 150 manat dəyərində 15 ədəd toyuq və xx xxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində vətəndaş X2 məxsus içərisində 200 manat olan pul kisəsini oğurlamışdır. Qeyd olunan oğurluq hadisəsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli, MN № ******* saylı, xx.xx.2021-ci il tarixli və MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs qeyd olunan oğurluq hadisələrini törətdiyi üçün tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatında göstərmişdir ki, o qeyd olunan oğurluq hadisələrini ehtiyacı olduğundan etmişdir. Törətdiyi əmllərdən peşmandır. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs törətdiyi əməli səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törətməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 yanvar 2021-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən işə baxan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar