Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-732/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərli Səbinə Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X7 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs X7 Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında EP ******* saylı, 24 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs X7 Cəmiyyəti Mərkəzi Bankın 22 dekabr 2022-ci il tarixli, 6-1.26-2022-18593 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin nizamnaməsi, səhmdarların reyestri və 2018ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da Şəxs X7 Cəmiyyəti Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X7 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 törədilmiş inzibati xətanı etiraf edərək ASC barəsində qanuna müvafiq qaydada tədbir görülməsini və barəsində aşağı həddə cərimə tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında EP ******* saylı, 24 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs X7 Cəmiyyəti Mərkəzi Bankın 22 dekabr 2022-ci il tarixli, 6-1.26-2022-18593 saylı məktubu ilə tələb edilən məlumatları (ASC-nin nizamnaməsi, səhmdarların reyestri və 2018-ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. X1 ərizəsindən görünür ki, səhmdar olaraq o, Şəxs X7 Cəmiyyətinə müraciət etməsinə baxmayaraq Cəmiyyətin 2021-ci ilə dair Səhmdarların reyestri, Cəmiyyətin nizamnaməsi və 2018, 2019, 2020 və 2021-ci ildə keçirilən yığıncaqların protokollarının surəti ona təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs X7 Cəmiyyətinə göndərilmiş 22 dekabr 2022-ci il tarixli, 6-1.26-2022-18593 saylı məktubdan görünür ki, Cəmiyyət Mərkəzi Bank tərəfindən tələb olunan sənədlərin təqdim edilməcəyi təqdirdə AR İXM-nin 548.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Poçt qəbzlərindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs X7 Cəmiyyətinin ünvanına göndərilən sənədlər 13 dekabr 2022-ci il tarixdə və 26 dekabr 2022-ci il tarixlərdə “Əfəndiyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iş materialları ilə Şəxs X7 Cəmiyyətinin AR İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni Cəmiyyət tərəfindən Mərkəzi Bankın 22 dekabr 2022-ci il tarixli, 6-1.26-2022-18593 saylı məktubu ilə tələb edilən məlumatların (ASC-nin nizamnaməsi, səhmdarların reyestri və 2018-ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs X7 Cəmiyyətinin AR İXM-nin 548.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən MMC barəsində təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan hüquqi şəxs Şəxs X7 Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs X7 Cəmiyyəti barəsində AR İXM-nin 548.2-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs X7 Cəmiyyəti Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-732/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-732/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver