Məhkəmə qərarları › İş №3(008)-7328/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7328/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7328/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi Nümayəndə, Hüquqi şəxs Şəxs direktoru Murat Karabudak və vəkili Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Türkiyə Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü Muterem Karabudakın (pasport: U********) iş icazəsi olmadan Şəxsndə xx.xx.2023-cü il tarixdən direktor müavini vəzifəsində əmək fəaliyyətinə cəlb olunması göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, şəxs iş icazəsi almaq üçün müraciət etmiş və imtina almışdır. İmtinanın səbəbi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etirazı əsasında olmuşdur. Şəxs əgər imtina alırsa və yenidən Azərbaycana qaytımaq məqsədi olarsa onun barəsində olma, yaşama qaydalarını müəyyənləşdirmək üçün həmin şəxs Miqrasiya xidmətinə dəvət olunur. Muterem Karabudak izahatında qeyd etmişdir ki, Azərbaycan dilini bilir, tərcüməçiyə ehtiyacı yoxdur, Türk dilində izahat vermək istəmişdir. Şəxsin tərcüməçi xidmətinə ehtiyacı olmadığından o təcüməçi ilə təmin edilməmişdir. Öz iradəsi ilə izahatını vermişdir. Türkiyə Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü Muterem Karabudakın iş icazəsi olmadan Şəxsndə xx.xx.2023-cü il tarixdən direktor müavini vəzifəsində əmək fəaliyyətinə cəlb olunmuşdur. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş üzrə Muterem Karabudakın izahatından başqa digər sübut yoxdur, bunu təsdiq edən digər sübutu məhkəməyə təqdim edə bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil izahatında bildirdi ki, Muhterem Karabduk hazırda Dövlət Miqrasiya Xidmətinin X1 Mərkəzində saxlanılır. Onunla apardqıları söhbətlər zamanı məlum olmuşdur ki, o xx.xx.2024-cü il tarixində Azərbyacan Respublikasına gəlib və xx.xx.2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətinə dəvət olunmuşdur. Şəxs MMC-də işlədiyi barədə heç kimə izahat verməmişdir. O deyib ki, orada işləmək istəyir və bu barədə rəsmi ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət olunub. Lakin Azərbaycan dilini yaxşı bilmədiyi üçün onu X3 əməkdaşları yanıldaraq bu şəkildə izahata imza etdirmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Murat Karabudak izahatında göstərmişdir ki, onun qardaşı Azərbaycan dilini bilmir, iş icazəsi üçün Miqrasiya Xidmətinə müraciət etmişdir, qardaşını Miqrasiya Xidmətinə dəvət etmişlər, 29 oktyabr 2024-cü il tarixdən bugünədək onu X2 Mərkəzində saxlamışlar, o heç bir işə cəlb edilməmişdir, onu saxlayaraq qorxudaraq bu məzmunda izahat almışlar. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş Muhterem Karabudak izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycana gəlmişdir. Şəxsndə işləmək üçün müraciət etmişdir. 2 gün sonra onu Miqrasiyaya dəvət etmişdirlər. Miqrasiyadan çağırılmış və ora getmişdir. Orada ona Şəxsndə işlərə cəlb olunduğu deyilsə də, o, həmin MMC-də heç bir işə cəlb olunmadığını bildirmişdir. Onu tutub saxlamışlar. Azərbaycan dilini çox az baş düşür, yaxşı başa düşmür. 3 həftədir ki, X2 Mərkəzində saxlanılmışdır. Orada saxlanıldığından, qorxduğu üçün təqdim etdikləri vərəqə öz iradəsi olmadan onların dediklərini qeyd etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü Muhterem Karabudakın (pasport: U********) iş icazəsi olmadan Şəxsndə xx.xx.2023-cü il tarixdən direktor müavini vəzifəsində əmək fəaliyyətinə cəlb olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 30 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı U35938465 nömrəli Pasporta malik 01 noyabr 1989-cu il təvəllüdlü Karabudak Muhterem şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması nəticəsində Karabudak Muhterem tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; 30 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı U35938465 nömrəli Pasporta malik 01 noyabr 1989-cu il təvəllüdlü Karabudak Muhterem şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır; 29 oktyabr 2024-cü il tarixli Karabudak Muterem tərəfindən tərtib edilmiş izahatdan görünür ki, Azərbaycan dilini bilir, tərcüməçiyə ehtiyacı yoxdur və Türk dilində izahat vermək istəyir. O, ilk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Gəlməkdə məqsədi işləmək olmuşdur. Gəldiyi zamandan direktoru Murat Karabudak olan Şəxs şirkətində direktor müavini olaraq işləmişdir. Gördüyü işin qarşılığında 500 manat əməkhaqqı almışdır. İşləmək üçün icazə almaq ilə bağlı iki dəfə Miqrasiya xidmətinə müraciət etmişdir. Lakin hər iki halda da ona imtina gəlmişdir. Buna baxmayaraq işləməyə davam etmişdir. Xahiş edir ki, ona vaxt verilsin. İş yeri Həzi Aslanovda yerləşir, iş saatı 09:00-dan 18:00-a qədərdir. İşlədiyi şirkət avtomobil təmiri sahəsində fəaliyyət göstərir; Şəxs direktou Murat Karabudak tərəfindən Dövlət Miqrasiya Xidmətinin rəisi İİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vüsal Hüseynova ünvanlanmış iş yeri üçün əcənəbilərin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayışdan görünür ki, Türkiyə Respubliksı vətəndaşı Karabudak Muhteremin Şəxsndə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olamsı üçün fərdi icazənin verilməyinə köməklik göstərilməsini xahiş etmişdir; Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Türkiyə Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü Muhterem Karabudakın (pasport: U********) iş icazəsi olmadan Şəxsndə xx.xx.2023-cü il tarixdən direktor müavini vəzifəsində əmək fəaliyyətinə cəlb olunması göstərilmişdir. Həmin faktı təsdiq edən sübut kimi Muhterem Karabudakın türk dilində verilmiş izahatı iş materiallarına əlavə olunmuşdur. Belə ki, 29 oktyabr 2024-cü il tarixli Karabudak Muterem tərəfindən verilmiş izahatdan görünür ki, Azərbaycan dilini bilir, tərcüməçiyə ehtiyacı yoxdur və Türk dilində izahat vermək istəyir. O, ilk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Gəlməkdə məqsədi işləmək olmuşdur. Gəldiyi zamandan direktoru Murat Karabudak olan Şəxs şirkətində direktor müavini olaraq işləmişdir. Gördüyü işin qarşılığında 500 manat əməkhaqqı almışdır. İşləmək üçün icazə almaq ilə bağlı iki dəfə Miqrasiya xidmətinə müraciət etmişdir. Lakin hər iki halda da ona imtina gəlmişdir. Buna baxmayaraq işləməyə davam etmişdir. Xahiş edir ki, ona vaxt verilsin. İş yeri Həzi Aslanovda yerləşir, iş saatı 09:00-dan 18:00-a qədərdir. İşlədiyi şirkət avtomobil təmiri sahəsində fəaliyyət göstərir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş Muhterem Karabudak həmin izahatı təkzib edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycana gəlmişdir. Şəxsndə işləmək üçün müraciət etmişdir. 2 gün sonra onu Miqrasiyaya dəvət etmişdirlər. Miqrasiyadan çağırılmış və ora getmişdir. Orada ona Şəxsndə işlərə cəlb olunduğu deyilsə də, o, həmin MMC-də heç bir işə cəlb olunmadığını bildirmişdir. Onu tutub saxlamışlar. Azərbaycan dilini çox az baş düşür, yaxşı başa düşmür. 3 həftədir ki, X2 Mərkəzində saxlanılmışdır. Orada saxlanıldığından, qorxduğu üçün təqdim etdikləri vərəqə öz iradəsi olmadan onların dediklərini qeyd etmişdir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə dörə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. Azərbaycan Respublikası İXM-nin: 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır; 49.2-ci madddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar; 67.3-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şahid Muhterem Karabudakın xx.xx.2024-cü il tarixli izahatı iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, şahid X4 Respublikasının vətəndaşıdır, milliyəti türk, ana dili türk dili olmuşdur. xx.xx.2024-cü il tarixli izahatında o, “tərcüməçinin xidmətinə ehtiyacım yoktur” göstərsə də, izahatını türk dilində vermişdir. Həmin izahat Azərbaycan dilinə tərcümə olunmadan məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə baxışında müəyyən edilmişdir ki, Muhterem Karabudak xx.xx.2024-cü il tarixdən bugünədək X2 Mərkəzində saxlanılmışdır. Göründüyu kimi, azadlıq hüququ məhdudlaşdırılmış əcnəbi şəxsin müdafiə hüququ, o cümlədən tərcüməçinin köməyindən istifadə etmək imkanları təmin olunmadan izahatı alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli sözügedən izahata əsasən 30 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarla Muhterem Karabudak İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 67.3-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququ olduğu halda şahid Muhterem Karabudaka bu hüquq izah edilməmiş, ondan qanunvericiliyin tələbləri pozulmaqla izahat alınmışdır. Muhterem Karabudakın xx.xx.2024-cü il tarixli izahatı yuxarıda göstərilən qanunvericiliyin tələbləri pozulmaqla alındığından hazırki iş üzrə sübut kimi istifadə edilə bilməz. Bundan başqa, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin Nümayəndə bildirmişdir ki, iş üzrə Muhterem Karabudakın izahatından başqa digər sübut yoxdur, bunu təsdiq edən digər sübutu məhkəməyə təqdim edə bilməz. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 31 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs tərəfindən protokolda Muterem Karabudakın (pasport: U********) iş icazəsi olmadan Şəxsndə xx.xx.2023-cü il tarixdən direktor müavini vəzifəsində əmək fəaliyyətinə cəlb olunması göstərilsə də, kifayət qədər sübutlar əldə edilmədən, yalnız qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş sübuta istinad edilməklə Şəxs MMC-nin İXM-nin 578.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2 və 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar