Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-734/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 yaşadığı evə gələrək, nəvəsini öldürəcəyi ilə hədələməklə ona məxsus qaz sayğacını, işıq naqillərini kəsməklə maddi ziyan vurduğu aşkar edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 02 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hadisə zamanı zərər çəkmiş əmlak mülkiyyətçisinə 200 (iki yüz) manat məbləğində maddi ziyan dəymiş, buna görə də, vətəndaş X1 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsinin tərkib hissəsi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 məxsus evin qaz sayğacını, işıq naqillərini və su motorlarını sındırmaqla yararsız hala salaraq vurduğu ziyanın dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərarın məzmunundan da göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən aparılan ilkin təhqiqat araşdırması zamanı da qeyd olunan xüsusat araşdırılmamış və yalnız zərərçəkmiş şəxsin sözlərinə istinad edilərək vurulmuş zərərin məbləği 200 manat kimi qeyd edilmişdir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 07 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-734/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-734/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver