Məhkəmə qərarları › İş №3(008)-7357/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7357/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7357/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X15 qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat 15:20-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxusus ünvanda keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (mikrobioloji) fakt aşkar olunmuşdur. Nəticədə hüquqi şəxs «NOVA MED” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, NOVA MED” Məhdud Məsuliyyətli Cəmiyyətini 09 sentyabr 2024-cü il tarixdə qanuni şəkildə öhdəsinə almış, rentgen otağını cərəyandan ayırıb fəaliyyəti üçün nə varsa dayandırmışdır. Hidrokolon və Plazmaferoz(Ozanda daxil olmaqla) fəaliyyətini də eyni qaydada dayandırmışdır. Çünki bilmişdir ki, bununla bağlı MMC-nin lisenziyası yoxdur. Labaratoriyadan tapılan testlər onun direktor təyin olunduğu vaxtdan əvvələ aid olmuşdur, bu barədə xəbər tutduqda həkim-loborantdan soruşmuş, ona bunun ondan əvvəl olduğunu, sadəcə orada qaldığını demişdir. O, təyin olunduğu gündən öz iş kollektivinə və klinika işçilərinə lisenziyadan kənar fəaliyyəti qadağan etmişdir. İş materiallarında olan analiz nəticələri onun fəaliyyət göstərdiyi klinikaya aid deyil, onların klinikası müqavilə əsasında digər mərkəzlərlə işləyərək analiz nəticələrini həmin müəssisələrdən alaraq vətəndaşlara təqdim edirlər. Bununla bağlı müqavilələri məhkəməyə təqdim edir. Özü İİ Qarabağ müharibəsində döyüş yolu keçmiş, cənab Prezidentin əmri ilə 2 medalla təltif olunmuşdur. Həmin analizlərin onun öhdəsində olduğu dövrdə götürülməməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 bildirmişdir ki, NOVA MED” Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 215.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 şöbəsinin mütəxəssisi X10 tərəfindən tərtib olunmuş 30 oktyabr 2024-cü il tarixdə saat 15:20-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxusus ünvanda keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (mikrobioloji) fakt aşkar olunmuşdur. Nəticədə hüquqi şəxs «NOVA MED” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrində 30 oktyabr 2024-cü il tarixli 649 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlamanın birinci sual üzrə qeyd edir ki, müəssisədə pasiyentlərin qeydiyyatı “MEDHE” elektron proqramı icra olunsa da, yoxlanış zamanı sistemə daxil etmək mümükün olmadı. Əlavə qeydiyyat müəssisədə tərtib edilmiş jurnalında aparılır (xx.xx.2024-cü il tarixdən). Tibbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi təsdiq edilmiş forma və qaydalar üzrə aparılmır. Tibbi statistika hesabatlarında (2023-cü il üzrə) 30 saylı forma əlavəsi rentgenoloji işə aid “məlumatlar natamamdır. Çalışan işçilərin dövri tibbi müayinənin qrafik-cədvəli tərtib edilməyib. Havalandırma sisteminə texniki qulluq və H-filtr dəyişdirilməsi barədə təsdiq edici sənədlər yoxlamaya təqdim edilməyib. “Tibbi tullantıların idarə edilməsinə dair” təlimata əsasən "xxxx" barədə icra Akt sənədi təqdim edilməyib. Müəssisədə baxış keçirilən zamanı aşağıdakılara rast gəlindi: “zirzəmi” mərtəbəsində “Rentgenoloji” (otaq 22) iş üzrə şərait yaradılmışdır (Avadanlıq işçi olmayan vəziyyətində). Bu işlə bağlı müəssisənin “Radioloji-gigiyenik” pasportunun vaxtı bitmişdir (2023-cü il). Təqdim edilmiş “Xüsusi icazənin” müddəti 20 may 2025-ci ilə qədər idi. Zirzəmidə "xxxx" terapiya prosedur otağı (avadanlıqla) yaradılmışdır. Müəssisənin ikinci mərtəbəsində “Ozonoterapiya” prosedur otağına rast gəlindi. (“Fizioterapiya” işi). Həkim “nevropatoloq” və həkim “oftolmoloq” otağı birdir. 2 “ginekoloji” otağı olsa da, prosedur və həkim qəbul-müayinə bir otaqdan ibarətdir. Laboratoriyada (lisenziya üzrə klinik-biokimyəvi) soyuducuda qan nümunələri ilə birgə “mikrobioloji” işə aid 24-48 saatlıq “HF-Genital” testin reaktivlərinə rast gəlindi. Kompyuter üzrə həkim-loborant N.Qəhrəmanovanın “bakterioloji müayinənin” cavab (pasiyentə təqdim etmək üçün) sənədlərindən hazırlanması aşkar edildi. Digər klinikalarla əməkdaşlıq barədə “Müqavilə” sənədləri yoxlamaya təqdim edilmədi. Tibb fəaliyyətində istifadə edilən avadanlıqların normativ-texniki tələblərə uyğunluq barədə yeni təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi (mövcud sənədlərin etibarlılıq müddəti bitmişdir). “Laborator avadanlıqların, cihazların nəzarət-kalibrasiya işlərin aparılmasına”, “Alətlərin sterilizasiya işlərin aparılmasına” dair qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Yoxlamanın ikinci sual üzrə qeyd idirik ki, nöqsan aşkar edilmədi. Yoxlamanın üçüncü sual üzrə qeyd edirik ki, müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəlaiyyətinin həyata keçirlməsi aşkarlanmışdır; “mikrobioloji” (reaktiv, qeydiyyat sənədləri, həkim-laborant). Fotoşəkillər çəkildi, iş materiallarına əlavə edildi. Yoxlama ilə bağlı İXM-nin 215.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edildi. Müəssisədə yoxlama üzrə “Direktor” Nümayəndə iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir. Yoxlama ilə bağlı Nümayəndə izahat götürülmüşdür. Şəxs MMC-nin direktoru Nümayəndə izahatında görünür ki, Şəxs klinikasına 09 sentyabr 2024-cü il tarixdə qanuni şəkildə ödəmə almış və hidrokolon, ozon-plazmafazer, rentgen və s. Xidmətləri tam şəkildə dayandırıb fəaliyyətinin əvvəl olub-olmamasından asılı olamayaraq araşdırmamışdır. Rentgen otağını cərəyandan ayırıb fəaliyyəti üçün lazımı olan nə varsa dayandırmışdır. FHN-dən icazə alsa da lisenziya olmadığnı bildiyi andan etibarən rentgen işi dayandırmışdır. Hidrokolon və Plazmaforez (Ozonda daxil olmdaı) fəaliyyətini eyni qaydada. Af. Genetal testi üçün laboratoriyadan tapılan testlər ondan direktor və təsisçi təyin olunduğu vaxtdan əvvələ aid olmuşdur. O bundan xəbər tutuduqda həkim laborantdan soruşmuş və ona bunun əvvəl olduğunu, sadəcə orda qaldığını dedi. O təyin olunduğu gündən etibarən öz iş kollektivinə və klinik işçilərinə lsenziyadan kənar nə fəaliyyət varsa qadağan etmişdir. Ştat cədvəlində olan işçilərin əmrlərini bu ay verib dəyişmişdir. Çünki keçən aydan bu günə işlərin və düzəldiləcək xidmət sahələrinin çoxluğundan vaxtı indi çatdırmışdır. Özü işə Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə şanlı və şərəfli Vətən Müharibəsinə könüllü getmiş, döyüş vaxtı yararsız vəziyyətə düşsə də geri qayıtmamış sona qədər döyüşdə olmuşdur. Cənab Prezidentin əmri ilə iki medalla təltif olunmuşdur. Tapılan nöqsanları tez bir zamanda ardan qaldırmağı üçün vaxt verib, hazırki maddi sıxıntıları nəzərə alıb heç bir cərimə tətbiq edilməməsini xahiş etmişdir. X14 Əliyevin dəfələrlə dediyi kimi şəhid ailələrinə, qazilərə və döyüş veteranlarına göstərilən imtiyazların və güzəştlərin edilməsini xahiş edir. Keçən aydan MMC-nin onda olduğunu vaxt və zaman az olmasını və ən əsası X3 iştirak etməyinin nəzərə alınaraq güzəşt tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli 3-28-1/3-2- 1142/2024 saylı Qərardan görünür ki, «NOVA MED” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X4, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X7, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Əsədzadə Nərgiz Cəbrayıl qızı tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə «NOVA MED” MMC-yə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11 oktyabr 2024-cü il tarixli KY242198098 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli 3-28-1/3-2-1142/2024 saylı Qərar əsasında «NOVA MED” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Şəxs Tibb Mərkəzinin “nəcisin disbakterioza görə bakterioloji” və “bakterioloji” müayinəsindən görünür ki, müayinə həkim-laborant N.Qəhrəmanova tərəfindən aparılmışdır. Şəxs Tibb Mərkəzinin “PAP SMEAR” müayinəsindən görünür ki, müayinə Dr. Anar İsayev və Əlixanov tərəfində aparılmışdır. Səhiyyə sahəsində Korporativ Xidmət haqqında 10 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC-nin direktoru X11 və "xxxx" MMC-nin baş direktoru X1 ilə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında “Sifarişçi”yə 1187 qeydiyyat nömrəsilə verilmiş 080888 nömrəli lisenziyaya Əlavədə göstərilən tibbi müayinə xidmətlərinin göstərilməsini öhdəsinə götürməsi ilə bağlı aralarında müqavilə bağlanmışdır. 01 fevral 2021-ci il tarixli Tibbi Xidmət Müqaviləsindən görünür ki, Şəxs MMC-nin direktoru X11 və "xxxx" MMC-nin direktoru X8 ilə “İcraçı” “Sifarişçi” tərəfindən göndərilən nümunələrə laborator təhlil xidməti göstərir “Sifarişçi” isə bunun müqabilində hər analizin qiymətinə müvafiq olaraq ƏDV daxil məbləği ödəməyi öhədəsinə götürməsi ilə bağlı aralarında müqavilə bağlanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(008)- 7357/2024 saylı məktubdan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən işə baxılması zamanı zərurətlə əlaqədar olaraq həkim-laborant N.Qəhrəmanova, Dr. Anar İsayev və Əlixanov adlı şəxslərin həmin MMC-lərin işçiləri olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin direktoru Elmir N.Səfərlli tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, 28 noyabr 2024-cü il tarixində daxil olunmuş 3(008)- 7357/2024 saylı iş üzrə məktuba əsasən, qeyd edilmiş şəxslərdən Naibə Qəhrəmanova "xxxx" MMC-də həkim-loborant vəzifəsində çalışır. "xxxx" MMC tərəfindən 27 noyabr 2024-cü il tarixli, 3(008)-7357/2024 saylı məktub cavablandırılaraq, qeyd edilən Anar İsayev, Əfqan Əlixanov adlı həkimlərin "xxxx" MMCnin həkim-patohistoloqu olaraq çalışdıqları qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 12-30 oktyabr 2024cü il tarixli 534 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 2 ünvanında yerləşən «NOVA MED” MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (mikrobioloji) fakt aşkar olunmuşdur. Belə ki, yoxlama aktında göstərilmişdir ki, laboratoriyada (lisenziya üzrə klinik-biokimyəvi) soyuducuda qan nümunələri ilə birgə “mikrobioloji” işə aid 24-48 saatlıq “HF-Genital” testin reaktivlərinə rast gəlindi. Kompyuter üzrə həkim-loborant N.Qəhrəmanovanın “bakterioloji müayinənin” cavab (pasiyentə təqdim etmək üçün) sənədlərindən hazırlanması aşkar edildi. Digər klinikalarla əməkdaşlıq barədə “Müqavilə” sənədləri yoxlamaya təqdim edilmədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, NOVA MED” Məhdud Məsuliyyətli Cəmiyyətini 09 sentyabr 2024-cü il tarixdə qanuni şəkildə öhdəsinə almış, rentgen otağını cərəyandan ayırıb fəaliyyəti üçün nə varsa dayandırmışdır. Hidrokolon və Plazmaferoz(Ozanda daxil olmaqla) fəaliyyətini də eyni qaydada dayandırmışdır. Çünki bilmişdir ki, bununla bağlı MMC-nin lisenziyası yoxdur. Labaratoriyadan tapılan testlər onun direktor təyin olunduğu vaxtdan əvvələ aid olmuşdur, bu barədə xəbər tutduqda həkim-loborantdan soruşmuş, ona bunun ondan əvvəl olduğunu, sadəcə orada qaldığını demişdir. O, təyin olunduğu gündən öz iş kollektivinə və klinika işçilərinə lisenziyadan kənar fəaliyyəti qadağan etmişdir. İş materiallarında olan analiz nəticələri onun fəaliyyət göstərdiyi klinikaya aid deyil, onların klinikası müqavilə əsasında digər mərkəzlərlə işləyərək analiz nəticələrini həmin müəssisələrdən alaraq vətəndaşlara təqdim edirlər. Bununla bağlı müqavilələri məhkəməyə təqdim edir. Özü İİ Qarabağ müharibəsində döyüş yolu keçmiş, cənab Prezidentin əmri ilə 2 medalla təltif olunmuşdur. Həmin analizlərin onun öhdəsində olduğu dövrdə götürülməməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli elektron qaimə fakturadan çıxarışdan görünür ki, GENİTAL SYSTEM 20 testə görə ümumilkdə 377.60 manat həmin tarixdə Şəxs MMC-ə ödənilmişdir. Şəxs Tibb Mərkəzinin “nəcisin disbakterioza görə bakterioloji” və “bakterioloji” müayinəsindən görünür ki, müayinə həkim-laborant N.Qəhrəmanova tərəfindən aparılmışdır. Şəxs Tibb Mərkəzinin “PAP SMEAR” müayinəsindən görünür ki, müayinə Dr. Anar İsayev və Əlixanov tərəfində aparılmışdır. Səhiyyə sahəsində Korporativ Xidmət haqqında 10 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC-nin direktoru X11 və "xxxx" MMC-nin baş direktoru X1 ilə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında “Sifarişçi”yə 1187 qeydiyyat nömrəsilə verilmiş 080888 nömrəli lisenziyaya Əlavədə göstərilən tibbi müayinə xidmətlərinin göstərilməsini öhdəsinə götürməsi ilə bağlı aralarında müqavilə bağlanmışdır. 01 fevral 2021-ci il tarixli Tibbi Xidmət Müqaviləsindən görünür ki, Şəxs MMC-nin direktoru X11 və "xxxx" MMC-nin direktoru X8 ilə “İcraçı” “Sifarişçi” tərəfindən göndərilən nümunələrə laborator təhlil xidməti göstərir “Sifarişçi” isə bunun müqabilində hər analizin qiymətinə müvafiq olaraq ƏDV daxil məbləği ödəməyi öhədəsinə götürməsi ilə bağlı aralarında müqavilə bağlanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(008)- 7357/2024 saylı məktubdan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən işə baxılması zamanı zərurətlə əlaqədar olaraq həkim-laborant N.Qəhrəmanova, Dr. Anar İsayev və Əlixanov adlı şəxslərin həmin MMC-lərin işçiləri olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin direktoru Elmir N.Səfərlli tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, 28 noyabr 2024-cü il tarixində daxil olunmuş 3(008)- 7357/2024 saylı iş üzrə məktuba əsasən, qeyd edilmiş şəxslərdən Naibə Qəhrəmanova "xxxx" MMC-də həkim-loborant vəzifəsində çalışır. "xxxx" MMC tərəfindən 27 noyabr 2024-cü il tarixli, 3(008)-7357/2024 saylı məktub cavablandırılaraq, qeyd edilən Anar İsayev, Əfqan Əlixanov adlı həkimlərin "xxxx" MMCnin həkim-patohistoloqu olaraq çalışdıqları qeyd edilmişdir. Şəxs MMC-nin ştat cədvəlindən görünür ki, N.Qəhrəmanova, Dr. Anar İsayev və Əlixanov adlı şəxslər Şəxs MMC-nin işçiləri deyildirlər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Tibb Mərkəzi ilə bağlanmış müqavilələr əsasında "xxxx" MMC və "xxxx" MMC-nin həkimloborantları tərəfindən həmin analizlərlə bağlı müayinələr yerinə yetirilərək Şəxs MMC-yə təqdim edilmişdir. Bundan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışdan görünür ki, 18 sentyabr 2024-cü il tarixdə Şəxs MMC-nin təsisçisi kimi Nümayəndə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli elektron qaimə fakturadan çıxarışdan görünür ki, GENİTAL SYSTEM 20 testə görə ümumilkdə 377.60 manat həmin tarixdə Şəxs MMC-ə ödənilmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 30 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC-yə məxusus ünvanda keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (mikrobioloji) fakt aşkar olunması göstərilsə də, kifayət qədər sübutlar əldə edilmədən, yalnız yuxarıda göstərilən məlumatlara istinad edilməklə, Şəxs MMC-nin İXMnin 215.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar