Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7359/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, 21 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş 21 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli qərardan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X2 21 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli qərardan şikayət verərək ərizəsində həmin qərarın ləğv edilməsini xahiş etmişdir, lakin ərizəyə 30 oktyabr 2024-cü il tarixili TP seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərar əlavə edilmişdir. Göründüyü kimi iş materiallarında 21 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli qərar olmamışdır. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında 21 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7359/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7359/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver