Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7361/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, Azərbaycan Respublikası Döəvlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Nümayəndə2, hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə 09 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli, 00800- 00863/24 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024cü il tarixli, **********2392 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN, netto çəki 106.8 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Şəxs tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə 137.1 AZN, əlavə dəyər vergisi üzrə 371.7 AZN, dəbbə pulu üzrə 64.61 AZN olmaqla ümumilikdə 573.41 AZN məbləğində gömrük borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 öz izahatında MMC tərəfindən törədilmiş inzibati xətaları etiraf etsə də, **********2392 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN olan mallardan 10891,80 AZN dəyərində olan hissəsinin 02 iyun 2024-cü il tarixədək qaytarıldığını, lakin bu halın səlahiyyətli orqan tərəfindən nəzərə alınmadığını bildirmişdir. Azərbaycan Respublikası Döəvlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Nümayəndə2 həqiqətən də hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə **********2392 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN olan mallardan 10891,80 AZN dəyərində olan hissəsinin 02 iyun 2024-cü il tarixədək qaytarıldığının müəyyən edildiyini, bununla yanaşı hər bir halda hüquqi şəxs tərəfindən AR İXM-nin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini qeyd edərək hüquqi şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 20 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********2392 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN, netto çəki 106.8 kq olan mal (hidravlik güc mühərrikləri, frezləmə alətləri, yer və tünel qazanlar, güc mühərrikləri üçün hissələr) müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. İnzibati xəta haqqında ilə 09 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli, 00800- 00863/24 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********2392 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN, netto çəki 106.8 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Şəxs tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə 137.1 AZN, əlavə dəyər vergisi üzrə 371.7 AZN, dəbbə pulu üzrə 64.61 AZN olmaqla ümumilikdə 573.41 AZN məbləğində gömrük borcu yaranmışdır. Hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 aprel 2024-cü il tarixli, **********2392 nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 24742.34 AZN olan mallardan 10891,80 AZN dəyərində olan hissəsinin 02 iyun 2024-cü il tarixədək qaytarılmış, qalıq məbləğ 13850,54 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə,yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixli, **********2392 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirili. ümumi gömrük dəyəri 13850,54 AZN olan müxtəlif adlı yüklülərin müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə başa çatsa da, Şəxs tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Həmçinin həmin müvəqqəti idxal olunmuş mallar üzrə MMC-nin aylıq gömnrük ödənişlərini ödəməməsi nəticəsində ümumilikdə 573.41 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə təqsirli bilinməli, AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 505-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 505-ci maddəsi ilə barəsində ödənilməli olan gömrük ödənişləri məbləğinin, yəni 573,41 AZN pul vəsaitinin 100% məbləğində (573,41 AZN) inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7361/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7361/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver