Məhkəmə qərarları › İş №3(008)-738/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-738/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-738/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, İnzibati protokolu tərtib etmiş Sabunçu DYPŞ YNH üzrə inspektor polis leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 19 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə Maştağa istiqamətində xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydasını pozub onunla eyni istiqamətdə solunda hərəkət edən “ VAZ 21-07” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurub toqquşmuş, zərbədən idarə etməni itirərək qarşı yola çıxaraq əks istiqamətdə düzünə hərəkət edən “Lexus-570” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə, sonra “Mercedes B” ** UU *** markalı dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə və sonra isə “Renalut M” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdır. Bütün 5 avtomobil ciddi zədələnmişdir. Sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu DYPŞ YNH üzrə baş inspektor polis leytenantı X5 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə üzü Maştağa istiqamətində xx.xx.2023cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydasını pozub onunla eyni istiqamətdə solunda hərəkət edən “ VAZ 21-07” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurub toqquşmuş, zərbədən idarə etməni itirərək qarşı yola çıxaraq əks istiqamətdə düzünə hərəkət edən “Lexus-570” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə, sonra “Mercedes B” ** UU *** markalı dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə və sonra isə “Renalut M” marakalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdır. Bütün 5 avtomobil ciddi zədələnmişdir. Sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, “Lexus LX 570” markalı **-ZL-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və BD dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa-Zabrat yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Texniki Müayinə mərkəzinin qarşısında olan işıqforda yol ayrıcında qarşı yolda hərəkət edən “Opel” markalı avtomobil “VAZ 2107” markalı avtomobil ilə toqquşaraq idarəetməni itirib yolun orta hissəsində olan ayrıcı aşaraq qarşı yola yəni onun hərəkətdə olduğu yola çıxaraq idarə etdiyi avtomobilin qabaq hissəsində vurmuş və daha sonra “Mersedes 190” markalı avtomobilin arxa sol hissəsindən dəymiş və "Reanult Megane” markalı avtomobilin qabaq hissəsindən toqquşmuşdur. Hazırda Şəxs şikayətçidir və bununla əlaqədar məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 izahatında göstərmişdir ki, “VAZ 21074” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir.xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa-Zabrat yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində yolun sol zolağı ilə hərəkətdə olan zaman Texniki Müayinə mərkəzinin qarşısında olan körpünün üzərində sağında hərəkət edən “Opel” markalı avtomobil anidən sola doğru hərəkət edərək onun qarşısına çıxmış və idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən vuraraq “Opel” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxmış və qarşı yolda hərəkətdə olan “Lexus” markalı avtomobil ilə sonra “Mersedes 190” markalı və “Reanult Megane” markalı avtomobilin qabaq hissəsindən toqquşmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, “Mersedes 190” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa-Zabrat yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Texniki Müayinə mərkəzinin qarşısında olan işıqforda yol ayrıcında qarşı yolda hərəkət edən “Opel” markalı avtomobil “VAZ 2107” markalı avtomobil ilə toqquşaraq idarəetməni itirərək yolun orta hissəsində olan ayrıcı aşaraq qarşı yola yəni onun hərəkətdə olduğu yola çıxıb qarşısında hərəkət edən “Lexus” markalı avtomobilin qabaq hissəsindən toqquşaraq daha sonra onun idarə etdiyi avtomobilin arxa sol hissəsinə dəyib və sağda olan “Renault” markalı avtomobilin qabaq hissəsindən toqquşmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokolu tərtib etmiş Sabunçu DYPŞ YNH üzrə inspektor polis leytenantı X5 izahatında göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə üzü Maştağa istiqamətində xx.xx.2023cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydasını pozub onunla eyni istiqamətdə solunda hərəkət edən “ VAZ 21-07” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurub toqquşmuş, zərbədən idarə etməni itirərək qarşı yola çıxaraq əks istiqamətdə düzünə hərəkət edən “Lexus-570” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə, sonra “Mercedes B” ** UU *** markalı dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə və sonra isə “Renalut M” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdır. Bütün 5 avtomobil ciddi zədələnmişdir. Sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Zərərçəkmiş şəxs2 rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 67 nömrəli Ekspert rəyindən görünür ki, X1-bazu oynağı nahiyəsinin və sağ əlin dərialtı hematomaları, alın sağ diz oynağı nahiyələrinin əzilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdulaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar