Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7398/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 10:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində sola ara məhəlləyə dönərkən manevr qaydasını pozmuş, bu zaman tunüldən çıxıb düzünə hərəkət edən “Khazar” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən “Khazar” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun əks hissəsi ilə düzünə hərəkət edən “Nissan Note” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsinə çırpılmış, nəticədə sonuncu avtomobilin sürücüsü və sərnişinlər yüngül bədən xəsarəti almışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 telefon vasitəsilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və Şəxs şikayətçi olmadıqlarını qeyd etmişlər. Zərərçəkmiş şəxs2 da öz növbəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək notarial təsdiq olunmuş ərizə təqdim edərək Şəxs şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 canlı şəxsin ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 2504 saylı ekspert rəyindən görünür ki, X1 qarın nahiyyəsinin dərialtı hematoması, sol körpücük, sağ bazu və sağ diz oynağı nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. müddəti qərarda göstərilən 01 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 canlı şəxsin ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 2503 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə sağ 5,6-cı, sol 4-cü dişlərin travmatik itirilməsi və diş dibi yumşaq toxumalara qansızmalar, təpə-ənsə nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. müddəti qərarda göstərilən 01 oktyabr 2024cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 canlı şəxsin ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 2517 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 alın nahiyyəsinin əzilmiş yarası, sağ baldırın qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. müddəti qərarda göstərilən 01 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X3 tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 10:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində sola ara məhəlləyə dönərkən manevr qaydasını pozmuş, bu zaman tunüldən çıxıb düzünə hərəkət edən “Khazar” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən “Khazar” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun əks hissəsi ilə düzünə hərəkət edən “Nissan Note” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsinə çırpılmış, nəticədə sonuncu avtomobilin sürücüsü və sərnişinlər yüngül bədən xəsarəti almışlar. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 20 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Şəxs ilə barışmış, İbrahim Nağıyevə qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxslərin iş materiallarında olan yazılı izahatları, müvafiq ekspert rəyləri və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7398/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7398/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver