Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-740/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə X2 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət vermişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol əsasında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ilə ona əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazılmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:11-də özünə məxsus “Hyundai İ30” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Hənifə Ələsgərova küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində hərəkətdə olduğu zaman DYP əməkdaşı tərəfindən əsassız olaraq cərimələnmişdir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvələki iclaslarında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər X7 İdarəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X2 03 oktyabr 2023-cü il tarixində saat 08:11 radələrində idarə etdiyi “HYUDAİ İ30” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Hənifə Ələsgərov küçəsində zolaqlar üzrə hərəkət sağa göstərişi olduğu halda həmin zolaqdan hərəkətini düzünə davam etdirərək yolun nişanlanmasının tələbini pozmuşdur. Bu zaman ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX isnpektoru polis baş serjantı X3 tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 törətdiyi inzibati xəta DİN-nin “Təhlükəsiz Şəhər” müşahidə-nəzarət kamerası ilə qeyd alınmışdır. Beləliklə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təstiq olunur. İş materiallarına olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “HYUNDAİ İ30” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 xx.xx.2023-cü il tarixdə 08:11-də “Bakı, Hənifə Ələsgərov 13” ünvanında yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyinə görə Azərbaycan Respublikası 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X2 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda xx.xx.2023-cü il tarixdə 08:11-də “Bakı, Hənifə Ələsgərov 13” ünvanında yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Bundan əlavə X1 özünü təqsirli bilməməsi, məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır, inzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X2 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə Baş X6 İdarəsi tərəfindən təqdim edilmiş video görüntü ilə Rauf Seydəliyevin əmıi sübuta yetirilmişdir. Odur ki, X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-740/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-740/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver