Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7403/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İctimai Televizyada operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu qəsəbəsi, H.Əliyev pr-də üzü hava limanı istiqamətində hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamayıb qarşısındakı “Chevrolet Cruze” markalı, 99 – OU – 862 dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun arxa hissəsindən vurub toqquşmuş, nəticədə sonuncu avtomobiln sürücüsü yüngül bədən xəsarəti almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 23:45 radələrində qeyd olunan Mercedes Vito markalı **-EA-*** d.q.n-lı avtomobil ilə Sabunçu rayonu, Sabunçu qəs, Olimpiya Stadionu qarşısında Heydər Əliyev prospekti ilə üzü hava limanı istiqamətində sağ tərəfdən 3-cü zolaqla təxminən 80-90 km saat sürətlə hərəkətdə olarkən anidən qaşısında eyni istiqamətdə və eyni zolaqda dayanmış “Chevrolet Cruze” markalı, **-OU-*** d.q.n-lı avtomobili gördükdə əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməyib idarə etdiyi avtomobilin ön hissəsi ilə “Chevrolet Cruze” markalı avtomobilin arxa hissəsindən vuraraq YNH-i törətmişdir. Hadisə zamanı avtomobildə sükan arxasında olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət almasını görərək ona yaxınlaşaraq köməklik edib İlkin tibbi yardım göstərmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı iddia, tələbi və şikayəti yoxdur. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən məlum olur ki, X1 və Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; 24 oktyabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu qəsəbəsi, H.Əliyev pr-də üzü hava limanı istiqamətində hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamayıb qarşısındakı “Chevrolet Cruze” markalı, 99 – OU – 862 dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun arxa hissəsindən vurub toqquşmuş, nəticədə avtomobiln sürücüsü yüngül bədən xəsarəti almışlar. Buna görə Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2305 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmişcırılmış yarası; burun və sağ bazu nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7403/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7403/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver