Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7414/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Sabunçu RPİ-nin baş təhqiqatçısı Faiq İsayevin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 12 oktyabr 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində ona təhkim olunmuş, o, idarə etdiyi “Chery Tiggo” markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil ilə Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsilə X.Xasməmmədov küçələrinin kəsişməsində yol ver nişanının təsir zonasında hərəkətini davam etdirərək, baş yolla düzünə hərəkət edən “Hyundai Accent” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Nadir qızı avtomobilin təhlükəsizlik şarının açılması nəticəsində yüngül bədən xəsarəti almışdır. O avtomobildən düşüb dərhal “Hyundai Accent” markalı avtomobilin sürücüsünə yaxınlaşmış və ona köməklik etməyə çalışmışdır. Yol nəqliyyat hadisəsi onun yol hərəkəti qaydasını ehtiyatsızlıqdan pozmağı səbəbindən baş verib. Hadisə zamanı avtomobilin qabaq oturacağında atası, arxa oturacağında isə həyat yoldaşı olmuş, amma heç bir xəsarət almamışdırlar. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: № 49/2-39833 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Medi Life” klinikasının qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfərin xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs Nadiq qızı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələlərində o, özünə məxsus “Hyundai Accent” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi ilə üzü Sabunçu rayonu İcra hakimiyyəti istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən X4 küçəsinin kəsişməsində yolun sağ hissəsində hərəkətdə olan “Chery Tiggo” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil yol ver nişanın tələbini pozaraq düzünə hərəkət etməsini təxminən 2-3 metr məsafədə gördükdə əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməyib hərəkətdə olduğu küçənin sağ tərəfdən ikinci zolağında idarə etdiyi avtomobilin ön hissəsi ilə “Chery Tiggo” markalı avtomobilin sol qabaq qanad hissəsindən toqquşduqda, zərbədən avtomobilin təhlükəsizlik şarı açılmış və sağ əlindən xəsarət almışdır. Aldığı xəsarətlə bağlı həmin günü 1 saylı KTM-nə gedərək müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 Məhkəmə-tibbi ekspertizanın 2592 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ saidin aşağı 1/3-nin İİ dərəcəli termiki yanıq yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi zamanı hava yastığının təzyiqlə açılaraq sürtünməsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cu maddəsinin İ hissəsinin tələbinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(008)-7414/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7414/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver