Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-749/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs Bahadur Nurməmməd oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Füzuli rayonu, Xatınbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə 26 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 26 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasının həyətində Bahadur Nurməmməd oğluna xəsarət yetirmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu işdə olan sənədlər əsasında tərtib etdiyini, cinayət işinin başlanması rədd edildikdən sonra iş materiallarında olan müvafiq ekspert rəyinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmir. O, ümumiyyətlə zərərçəkmiş şəxs Bahadur Nurməmməd oğlunu vurmamışdır. Zərərçəkmiş şəxs özü problemli insan olmaqla xəstəxanada olan çox insanla mübahisə edir. Zərərçəkmiş şəxsin psixi xəstəliyi var və o, müxtəlif vaxtlarda müxtəlif şəxslərlə bağlı bu məzmunda şikayət etmişdir. O, zərərçəkmiş şəxsi vurmamış və bu hal iş materiallarında olan şahid ifadəsi ilə təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 Xəlilovun onu 2022-ci ilin 26 aprel və 16 iyul tarixlərində vurduğunu, onun barəsində cinayət işinin başlanmasının tələb etdiyini, Şəxs tərəfindən vurulması nəticəsində görmə qabiliyyətinin zəiflədiyini, göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasının həyətində Bahadur Nurməmməd oğluna xəsarət yetirmişdir “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bahadur Nurməmməd oğlunun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aiddiyyəti əməkdaşa həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 canlı şəxsin ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 61 saylı ekspert rəyindən görünür ki, Bahadur Nurməmməd oğlunda alın və burun nahiyyələrinin səthi əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 10 iyul 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərəaid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müxtəlif şəraitlərdə alınması, eləcə də, əlçatan nahiyyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilmir. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, həmin izahatında zərərçəkmiş şəxsi döymədiyini, zərərçəkmiş şəxsin dediklərinin şər və böhtan olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXMnin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs ilkin izahatından etibarən özünü AR İXMnin 157-ci maddəsi ilə təqsirli bilməyərək Bahadur Nurməmməd oğlunu döymədiyini və ona xəsarət yetirmədiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 12 oktyabr 2023-cü il tarixli qərarda öz əksini tapmış Respublika Psixiatriya Xəstəxanasının kadrlar şöbəsinin müdiri X1 izahatından görünür ki, şikayətçi Bahadur Nurməmməd oğlu 2008-ci ildən 2019-cu il tarixədək psixiatriya xəstəxanasında bağban kimi işlədiyini, 2019-cu ildə son yaş həddi ilə əlaqədat işdən azad olunduğunu, Lakin o, əvvəlki kimi bağbaş işlərini görərək vaxtını keçirirmiş. O, kollektivdə müsbət xarakterizə olunmasa da, müharibə iştirakçısı olması nəzərə alınaraq işini ara-sıra davam etdirmişdir. Bahadur Nurməmməd oğlunun Şəxsla bağlı göstərdiklərinin həqiqətə uyğun olmadığını, Bahadurun hadisə vaxtı nə ona bu barədə hər hansı məlumat vermədiyini, nə də xəstəxana rəhbərliyini məlumatlandırılmadığını, Bahadur Nurməmməd oğlunun dediklərinin şər və böhtan olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Bahadur Nurməmməd oğlunun iş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında 2022-ci iin 26 aprel və 16 iyul tarixlərində Psixiatriya xəstəxanasında santexnik işləyən Şəxsla aralarında mübahisə yarandığını, mübahisə zamanı Azadın onu döyərək xəsarət yetirdiyini, hadisədən 03 aydan artıq müddət keçdiyindən xəsarətlərinin qalmadığını, bu səbəbdən də ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. İşin materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş materialda Şəxs Bahadur Nurməmməd oğlunu döyərək ona xəsarət yetirməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, səlahiyyətli orqan yalnız zərərçəkmiş şəxsin heç bir sübuta əsaslanmayan izahatını və müvafiq ekspert rəyini əsas götürərək Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol protokol tərtib etmişdir. Halbuki, zərərçəkmiş şəxsin izahatında ona xəsarətlərin 2022-ci iin 26 aprel və 16 iyul tarixlərində yetirildiyi göstərilsə də, 01 ildən artıq müddət keçdikdən sonra keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 canlı şəxsin ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 61 saylı ekspert rəyində Bahadur Nurməmməd oğlunda aşkar edilmiş xəsarətlərin 10 iyul 2022-ci il tarixə uyğun gəldiyi, xarakter və lokalizasiyasına görə xəsarətlərin müxtəlif şəraitlərdə alınması, eləcə də, əlçatan nahiyyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar edilmədiyi göstərilmişdir. Göstərilən bu hal zərərçəkmiş şəxsin izahatında göstərdiyi xüsusatın nəinki müvafiq ekspert rəyi ilə təsdiq edilmədiyinə, hətta həmin rəylə tamamilə təkzib edilməsinə dəlalət edir. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş xəsarətlərin yetirilmə tarixi zərərçəkmiş şəxsin Şəxs ona xəsarət yetirdiyini iddia etdiyi tarixlərə uyğun gəlməmiş, həmin xəsarətlərin 26 aprel və ya 16 iyul 2022-ci il tarixlərə deyil, 10 iyul 2022-ci il tarixə uyğun gəlməsi müəyyən edilmiş və həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi də inkar olunmamışdır. Digər maraqlı məqam ondan ibarətdir ki, zərərçəkmiş şəxs 17 oktyabr 2022-ci il tarixli yazılı izahatında hadisədən 03 aydan artıq müddət keçdiyindən xəsarətlərin qalmadığını və ekspertizadan keçmək istəmədiyini bildirsə də, 01 ildən sonra ekspertizada tibbi müayinədən keçərək Şəxs cinayət məsuliyyətinə cəlb edilməsini təkid etmişdir ki, bu hal özü də zərərçəkmiş şəxsin Şəxs qarşı qərəzli olmasına dəlalət edən hal kimi qiymətləndirilə bilər. Bununla yanaşı, iş üzrə şahid qismində izahatı alınmış Respublika Psixiatriya Xəstəxanasının kadrlar şöbəsinin müdiri X1 izahatı ilə də zərərçəkmiş şəxsin göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Göstərilən bu hallar Şəxs Bahadur Nurməmməd oğluna xəsarət yetirməsinə dair xüsusatın öz təsdiqini tapmadığına, iş materiallarında olan sübutlarla təkzib edilməsinə dəlalət etməklə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsini istisna edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təhqiqatçı tərəfindən cinayət işinin başlanması rədd olunarkən Şəxs əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinsə də, təhqiqatçının nəyə əsasən bu qənaətə gəlməsi ümumiyyətlə əsaslandırılmamışdır. Qeyd olunan qərarda təhqiqatçı hər hansı şahidin izahatına əsaslanmadan, barəsində şikayət verilmiş şəxs Şəxs izahatını ümumiyyətlə almadan, sadəcə zərərçəkmiş şəxsin izahatına istinad etməklə şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. Halbuki, iş üzrə 01 ildən çox müddət keçdikdən sonra keçirilmiş ekspert rəyi şəxsdə xəsarətlərin olmasını təsdiq etsə də, xəsarətlərin tamamilə başqa tarixə uyğun gəldiyini, hətta şəxsin özü tərəfindən yetirilməsinin də inkar olunmadığını göstərmiş və həmin rəylə zərərçəkmiş şəxsin izahatındakı xüsusatlar təkzib edilmişdir. Göstərilən bu hallar Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutun olmamasını deməyə əsas verir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, hazırki material üzrə törədilməsi iddia olunan hadisədən 01 ildən artıq müddət keçmişdir ki, bu da qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin də keçməsinə dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən, yəni onun həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-749/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-749/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver