Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7494/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevin katibliyi ilə, X7 Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 14 dekabr 2023-cü il tarixli məhkəmə iclasında X10 inzibati xətanın baş verdiyi tarix və saatda “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən idarə edilmədiyini, həmin avtomobilin başqa şəxs tərəfindən qaçılaraq idarə edildiyini, bununla bağlı polis orqanlarına hadisə günü müraciət etdiyini və faktla bağlı araşdırma aparılaraq avtomobilin qaçırılmasının təsdiq olunduğunu, avtomobili özünün idarə etmədiyi halda ona cərimə yazılmasının qanunsuz olduğunu qeyd edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. 14 dekabr 2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X10 barəsində AR İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 07 iyul 2023-cü il tarixdə, saat 04:30-da “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan yolu, Aviasiya Akademiyası yaxınlığı, Mərkəz ist1 ərazisində yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə AR İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X7 Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə ünvanladığı 07 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, polis orqanına müraciət edərək 07 iyul 2023-cü il tarixdə, saat 04 radələrində Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində idarə etdiyi “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı şəxs tərəfindən qaçırıldığını bildirərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş “İstintaq aidiyyəti üzrə göndərilmə barədə” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, X7 07 iyul 2023-cü il tarixli müraciəti əsasında toplanmış materialın araşdırılmasının istinaq şöbəsində davam etdirilməsi üçün material Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 idarə etdiyi “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X8 tərəfindən qaçırılması təsdiq olunmuş, sadəcə onu avtomobili qaçırması son zərurət vəziyyətində qaçırma kimi qiymətləndirilərək AR CM-nin 185-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədlərlə inzibati xətanın törədildiyi vaxtda “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 digər şəxsin qanunsuz əməlləri nəticəsində çıxmasını, bu faktın X7 hadisə günü polis orqanlarına ünvanlanmış rəsmi müraciəti, həmin müraciət əsasında toplanmış materiallarla təsdiq edildiyini nəzərə alaraq şikayətin təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərarda öz əksini tapmış X4 izahatından görünür ki, o, həmin izahatında qaynının gələrək onu təpikləməsi səbəbindən həmin şəxsdən qaçıb qurtulmaq məqsədi ilə “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobildən endiyini gördüyü zaman həmin avtomobilə əyləşərək oradan uzaqlaşdığını, Suraxanı rayonuna getdiyini, daha sonra həmin avtomobili Maştağa qəsəbəsində yolun kənarında saxlayaraq özünün idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili götürərək getdiyini bildirmişdir. İstintaq orqanın gəldiyi qənaətə görə X2 Nahid Elbəyi oğluna məxsus “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobildən endiyini gördüyü zaman həmin avtomobili son zərurət vəziyyətində qaçırdığından və zərurət aradan qalxdıqdan sonra avtomobili yol kənarında saxlayaraq çıxıb getdiyindən onun əməlində cinayət tərkibi olmamışdır. Göründüyü kimi, X9 məxsus “Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 07 iyul 2023-cü il tarixdə, gecə saat 04 radələrində X8 tərəfindən qaçırılaraq idarə edilməsi işin təkzibedilməz halıdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan isə görünür ki, Toyota Prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən AR İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta 07 iyul 2023cü il tarixdə, saat 04:30-da törədilmişdir ki, bu da müvafiq inzibati xətanın X10 tərəfindən deyil, istintaq orqanının qərarı ilə son zərurət vəziyyətində onun avtomobilini qaçırması təsdiq edilmiş şəxs X8 tərəfindən törədilməsinə dair şikayətdə göstərilmiş dəlilin real olmasına dəlalət edir. Belə olan halda digər şəxsin qanunsuz hərəkətləri nəticəsində X1 çıxmış avtomobilin idarə edilməsi zamanı törədilmiş inzibati xətaya görə tənbeh tədbirinin X10 barəsində tətbiq edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, X7 İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata barəsndə inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli, EQ 15538289 nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata barəsndə inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7494/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7494/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver