Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7496/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 20 sentyabr 1988-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh, Sabunçu rayonu, Mehdi Hüseynzadə küçəsi, nömrəsiz evdə yaşayan-X2 Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 13596718 saylı inzibati xəta haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15538291 saylı inzibati xəta haqqında qərara əsasən X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. X3 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış lakin Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 bildirdi ki, üç ildir “Uber” taksi şirkətində “Toyota Prius" markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 iyul 2023-cü il tarixdə saat 04 radələrində idarə etdiyi avtomobillə yaşadığı ünvana gələn zaman küçədə ona doğru ağ rəngli dövlət qeydiyyat nişanını görmədiyi “Hyundai Elantra” markalı avtomobil gəldiyini görmüş və idarə etdiyi avtomobilin yaxınlığından keçən zaman avtomobilinə nəyinsə dəydiyini hiss etmişdir. Bu zaman avtomobili həmin avtomobildən arxa məsafədə kənarda saxlamışdır. Avtomobildən düşərək həmin avtomobilə yaxınlaşmış və avtomobildən düşən üç nəfər tanımadığı şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşan zaman tanımadığı digər şəxs onun idarə etdiyi avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmıdır. Dərhal DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan “Uber” şirkətinin köməkliyi ilə idarə etdiyi avtomobili Zabrat-Maştağa yolunda yerləşən tikinti təmir əşyalarının satışı yerinin yaxınlığında sahibsiz olması müəyyən edildi və Sabunçu RPİ-nin 14-cü PŞ-nə yaxınlaşmışdır. Tərəfindən avtomobilə baxış keçirilən zaman avtomobildə pul qabının içərisində 270 manat pulun olmadığını və daha sonra avtomobilə 18 cərimə balı və 600 manat dəyərində Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrinə əsasən cərimə balının yazılmasını öyrənmişdir. Hadisə nəticəsində ona 870 manat dəyərində maddi ziyan dəymişdir. Onun barəsində cərimələr tərtib olunaraq elektron formada sistemdə təsdiqlənmişdir. Halbuki onun şikayət etdiyi qərarın tarixi üzrə avtomobil onun istifadəsində olmamışdır. Belə ki, həmin vaxt onun avtomobilini oğurlayan şəxs sürət həddini dəfələrlə aşaraq inzibati xəta törətmişdir. O, uzun müddət qeyd olunan fakt üzrə Bakı şəhər BPİ-nin X6 İdarəsinə və Baş X6 idarəsinə müraciətlər etsə də, onun müraciətləri üzrə yalnız bir inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Digər elektron qərarlar isə ləğv edilməmiş və ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şikayətçi X3 izahatını dinləyib, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15538291 saylı qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmalı, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15538291 saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-7496/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7496/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver