Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7506/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il 08:18 tarixində Zabrat şossesində üzü şəhər istiqamətində hərəkətdə olduğum zaman, qarşısındakı Opel Markalı avtomobilə toxundu. Heç bir xəsarət alan olmayıb, saat 08:20 də 102 xidmətinə qəza barədə məlumat vermişdir. Hadisə yerinə Sabunçu rayon DYPŞ-nin YNH inspektoru polis leytenantı X7 99YP175 nömrəli xidməti yol patrul maşını yaxınlaşmış, onu xidməti avtomobilində əyləşməyi təklif etmişdir. Xidməti maşına əyləşdikdə sənədlərini istəmiş, üzərində olmadığını bildirmişdir. Mobil telefonunda olan MY.GOV.AZ tətbiqindən sənədlərini təqdim etmiş, çox kobud şəkildə cavab olaraq onun keçmədiyini onda da portal var demiş, ad soyadını söylədi sürücülük vəsiqəsi portaldan çıxarmış, avtomobili özünə məxsus olduğu və sürücülük hüququnun olduğunu təyin etmişdir. Nəzərə çatdırır ki, qarşı tərəf sürücünündə sənədləri üzərində olmamışdır. Ardınca avtomobilinin duracağa təmin edəcəyini söyləmiş, səbəb sənədlərinin üzərində olmamağı və avtomobilin xarici işıq cihazlarının nasaz olduğunu əsas tutaraq avtomobilinin duracağa qoyulacağını demiş, ardınca onda protokol yazın ondan sora duracağa təmin edin deyib xidməti avtomobilindən düşdükdə çox kobud və yüksək səslə otur maşınına sənə kim dedi düş demiş. ÇPA naryad xidməti ilə onu hədələmiş, tabesizlik göstərməsin deyərək, ÇPA-nin xidməti əməkdaşlarını çağırıb onların müşahidə altında avtomobilini duracağa təmin edib təhvil təslim və video çəkiliş edərək saxlamışdır. Protokolsuz avtomobili duracağa təmin edimişdir. Buna baxmayaraq ardından 902 xidmətinə müraciət etmiş, müraciəti cavabsız qaldığı üçün sosial şəbəkə üzərindən çağırış etmişdir. Müraciətlər ünvanlamışdır. Hadisənin sabahı xx.xx.2024-cü il tarixdə səhər 08:57 radələrində ona asanpay vasitəsilə sms bildirişi gəlmiş, onu AR İXM -in 327.1 -ci və 342.5 maddəsinə əsasən 50 AZN cərimə edilmişdir. xx.xx.2024 tarixində bu protokola əsasən 342.5 çi maddənin əlavə olaraq səbəbsiz avtomobilini duracağa təmin etdiyi üçün qeyd olunub. Xahiş edir ki, hüquqi qiymət verib, ona köməklik göstərəsiniz. Xahiş edir ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verib xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilsin. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, o şikayət ərizəsində göstərilənlərlə bağlı bildirmişdir ki, onun avtomobilində hər hansı nasazlıq olmamış, ona yol polis əməkdaşları bildirmişlər ki, onun idarə etdiyi avtomobilin xarici işıq cihazları rənglənmişdir, əslində isə belə bir hal baş verməmiş, olsa belə bu hal İXM-nin 342.5-ci maddəsinin tərkibini yaratmır, ona bu barədə protokol tərtib edilməsi qanunsuz olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixində saat 08:19-da “BMW 320 Xİ” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, konstruksiyalarının digər ünsürləri nasaz olan və belə nasazlığın ardan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 08:19-da “BMW 320 Xİ” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 xx.xx.2024-cü il tarixində saat 08:19-da “BMW 320 Xİ” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, o şikayət ərizəsində göstərilənlərlə bağlı bildirmişdir ki, onun avtomobilində hər hansı nasazlıq olmamış, ona yol polis əməkdaşları bildirmişlər ki, onun idarə etdiyi avtomobilin xarici işıq cihazları rənglənmişdir, əslində isə belə bir hal baş verməmiş, olsa belə bu hal İXM-nin 342.5-ci maddəsinin tərkibini yaratmır, ona bu barədə protokol tərtib edilməsi qanunsuz olmuşdur. Məhkəmə tərəfindən sözügedən qərarın qəbul edilməsinə səbəb olan materiallar protokolu tərtib etmiş orqandan sorğu ilə əldə edilmiş, təqdim edilmiş fotolardan İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin olması müəyyən edilməmişdir. Həmçinin protokolu tərtib etmiş orqan tərəfindən X4 əməlində İXM-nin 342.5-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu rayon X12 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddələrilə inzibati xəta törətməsinə dair Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu rayon X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7506/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7506/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver