Məhkəmə qərarları › İş №3(008)-7511/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7511/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7511/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X11 qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, heç bir əsas olmadan onu 300 manat məbləğində cərimələmişdirlər. Qapılarını 2 ay müddətində hər gün döyüb qaçdığı üçün qonşu uşağını tutub nənəsinə təhvil vermişdirlər. Heç bir şiddət uşağa göstərilməmişdir. Buna baxamayaraq valideynləri uşağı ekspertə aparmışdırlar. Ekspertin cavabını ona göstərən olmamışdır. Dəfələrlə təhqiqatçıya, sahə müvəkkilinə, ekspertin cavabını göstərməyi təkid etsə də rədd cavabı almışdır. Həmçinin yuxarıda qeyd etdiyi kimi 300 manat məbləğində cərimə olunmuşdur. İşin məhkəməyə təhvil verilməsini təkid etsə də, 13-cü Polis Şöbəsi bunu nəzərə almayıb. Qeyd etmək istəyir ki, azyaşlı uşağa şiddət göstərmək əleyhinədir və bu ittihamın üzərindən götürülməsini xahiş edir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd olunması haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisəni törətmiş X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün sahə inspektoruna həvalə edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərəng Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 50, mənzil 11-də yaşayan vətəndaş X2 RPİ-nin 13-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində azyaşlı oğlu Ayət evə gələrək 1-ci mərtəbədə yaşayan oğlanın boğazından tutub onu döydüyünü bildirmiş, o da əsəbləşib bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Vətəndaş həmin şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nzərədə tutulmuş inzibati xətanın əlamətləri mövcud olduğundan barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə əməkdaşa təpşırıq verilməlidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 30 sentyabr 2024-cü il tarixli 2458 nömrəli ekspert rəyindən görünür ki, X6 boyun nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; İnzibati xəta haqqında 08 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X7 Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi qarşısında qonşusunun uşağını döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X7 25 sentyabr 2024-cü il tarixdə vətəndaş Həbibli Ayət oğlunun boğazından tutmuş, döymüş və xəsarət yetirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında qərarına əsasən X7 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Protokolu tərtib etmiş orqanın təqdim etdiyi sənədlərdən, yəni cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan, ekspert rəyindən və digər sənədlərdən müəyyən edilir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar