Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7517/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhər X5 tərəfindən barəsində AR İXM-in 327.4-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol qəbul olunmuş, lakin inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmişdir. Bununla bağlı dəfələrlə 102 zəng mərkəzinə və 902 qaynar xətt xidmətinə müraciət etsə də, şikayətinə baxılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Daha sonra Bakı şəhər X5 İdarəsinin inzibati binasına yaxınlaşmış və adını bilmədiyi polis əməkdaşı 80 manat pulunu alaraq qərarın ləğv olunacağını bildirmişdir. Bununla yanaşı o, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində gedən təmir işləri ilə əlaqədar məcbur olaraq hərəkət istiqamətinin əksi ilə getmişdir. Bu səbəbdən barəsində Bakı şəhər X5 İdarəsi tərəfindən yazılmış protokol qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazı müdafiə edərək izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli raport və qərardadla müvafiq inzibati araşdırma aparılmış, yekun olaraq X1 törətdiyi qayda pozuntusu öz təsdiqini tapdığından barəsində AR İXM-in 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, X1 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat axınının qarşısına çıxması ərazidə olan DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasından əldə edilmiş videogörüntülərlə də təsdiq olunur. Göstərilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 02 oktyabr 2024-cü il tarixdə, saat 13:22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolunda idarə etdiyi “OPEL ASTRA H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “OPEL ASTRA H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, həmin vaxt ona qarşı əks istiqamətli yolda başqa avtomobillər hərəkətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “OPEL ASTRA H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində AR İXM-nin 327.4-cü maddəsinin tərkibinin olması qənaətinə gəlir. Şikayət vermiş şəxs X2 şikayət ərizəsində inzibati xətanın baş verdiyi yolda təmir-tikinti işləri aparıldığından yolun əks istiqamətində sağ tərəfdəki torpaq yola aid olmayan hissəsi ilə hərəkət etdiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş görüntülərlə həmin dəlil təkzib olunmaqla məhz inzibati xətanın qeydə alındığı yerdə hər hansı təmir-tikinti işlərinin aparılmaması, “OPEL ASTRA H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün əks istiqamətli asfalt yola çıxaraq hərəkət etməsi açıq-aşkar görünməkdədir ki, bu da şikayət verilmiş şəxsin arqumentinin əsassız olmasına dəlalət edir. Məhkəmə iclasında X2 hadisənin qeydə alındığı ərazidən bir az irəlidə təmir işlərinin aparıldığına istinad etsə də, məhkəmə qeyd edir ki, müəyyən məsafədən sonra qarşıda təmir işlərinin aparılması həmin yerə çatmadan sürücünün əks hərəkət zolağına çıxaraq həmin yolda hərəkət etməsi üçün əsas olmamaqla, onun öz hərəkət zolağında hərəkətinə mane olan hər hansı təmir-tikinti işləri aparılan əraziyə çatan zaman həmin maneəni keçmək üçün öz hərəkət zolağından müvəqqəti çıxması üçün əsasdır. Həmin hala münasibətdə məhkəmə qeyd edir ki, əgər həqiqətən də sürücünün öz hərəkət zolağında inzibati xətanın qeydə alındığı yerdə onun hərəkətini məhdudlaşdıran təmir-tikinti işləri aparılmış olsa idi, digər avtomobillər də yolun sağ hissəsi ilə hərəkət edə bilməyərək əks istiqamətli hərəkət zolağına çıxararaq həmin yolda hərəkət edərdilər. Halbuki, məhkəməyə təqdim olunan videogörüntüdən də görünən odur ki, sağ hərəkət zolaqlarında kifayət qədər avtomobil öz hərəkət zolağında hərəkətdə olmaqla “OPEL ASTRA H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü və onunla yanaşı bir neçə avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına keçmişlər. Məhkəmə iclasında X2 tək onun deyil, onunla yanaşı, digər avtomobillərin də əks hərəkət zolağında hərəkət etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, hər bir şəxs öz törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır və digər sürücülərin də pozuntu edib əks hərəkət zolağına çıxaraq hərəkət etmələri X1 əməlinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Göstərilən bu hallar məhkəməyə verilmiş şikayət ərizəsinin dəlillərinin əsassız olmasına və işin həqiqi halları ilə təkzib edilməsinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7517/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7517/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver