Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7525/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X16 qızının katibliyi ilə, X1 etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyun 2024-cü il tarixli, EQ seriyalı 21570960 saylı qərarına əsasən X12 05 iyun 2024-cü il tarixində saat 16:09da ünvan 1 ünvanında “VAZ -21074 minik” markalı , **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas götürülərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə məlumat üçün bildirir ki, qeyd edilən avtomobil oğlum X4 adınadır və onun tərəfindən idarə olunur. Yol hərəkəti qaydası onun tərəfindən pozulmuşdur. Lakin, onun adına etibarnamə olduğu üçün Baş X20 elektron qərarı onun adına rəsmləşdirmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən 05 iyun 2024-cü il tarixli, EQ seriyalı 21570960 saylı qərar yanlış tərtib edilmişdir. Belə ki, onun sürücülük hüququ xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə məhdudlaşdırılmışdır. Həmin tarixdən də nəqliyyat vasitəsini idarə etmir. Lakin, oğlu X4 onun adına sürücülük hüququnun məhdudlaşdırıldığı vaxtdan xeyli əvvəl verdiyi etibarnamənin gələcək fəsadlarının olacağını bilmədiyinə görə, etibarnaməni vaxtında ləğv etdirməmişdir. Halhazırda qeyd edilən avtomaşını idarə olunması barəsində ona verilmiş etibarnamə ləğv edilmişdir. Digər tərəfdən də, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və ciddi xəstəliyi ilə əlaqədar nəqliyyat vasitələrini idarə etmək imkanına malik deyil. Eyni zamanda, onun yol hərəkəti qaydalarının pozulması barədə məlumatlı olmamışdır. Əgər bu barədə məlumatlı olsa idi, bir ailədə yaşadığı oğluma məlumat verərdi və vaxtında tədbir görülərdi. X3 iş fəaliyyəti ilə əlaqədar avtomaşınıdan müntəzəm istifadə etmişdir. Yol polisi müfəttişləri tərəfindən avtomobil saxlanılmamış və ona xəbərdarlıq edilməmişdir. Cari ilin sentyabr ayının 8-də avtomobilin növbəti texniki baxışı zamanı avtomobillərin texniki müayinəsi mərkəzində qeyd edilən yol hərəkəti qayda pozuntusunun törədilməsi barədə məlumat alınmışdır. Müayinə mərkəzindən məsləhət görüldüyü kimi, yanlış tərtib edilmiş elektron qərarın ləğvi ilə əlaqədar , Baş X20 idarəsinə tərəfindən rəsmi müraciət olunmuş və 02 oktyabr 2024-cü il tarixli, N° 3-13-16/2-N-149587 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd edilir ki, VAZ-2107” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qayda pozuntuları törədilməsinə görə barənizdə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayətinizə aanunvericilivin tələbinə əsasən inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona İXM- nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli səxsə) və va məhkəməyə sikavət edə bilər. Hesab edir ki, “VAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qayda pozuntusu törədilməsinə görə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ/21570960 saylı Elektron Qərar yanlış tərtib edilmişdir və həmin elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X13 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X12 onun qardaşıdır, qardaşı xəstədir, hərəkət edə bilmir, bua görə də məhkəmə iclasında iştirak edə bilmir, qardaşı X12 avtoqəza törətmiş, məhkəmənin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırılmış,bundan sonra avtomobil idarə etməmişdir, “VAZ-21074” markalı, **-GV- *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı oğlu Rövşən Nağıyevə məxsusdur, avtomobili o idarə etmişdir, lakin əvvəllər X7 adına verilmiş etibarnamə qüvvədə olduğundan həmin cərimələr ona gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 izahatında göstərdi ki, “VAZ- 21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onun sürücülük vəsiqəsi vardır, həmin avtomobili idarə etmək üçün atası Rövşən Nağıyevə etibarnamə vermiş, atası qəza törətmiş, məhkəmənin qərarı ilə atasının sürücülük hüququ məhdudlaşdırılmışdır, həmin vaxtdan sonra avtomobili o idarə etmişdir, lakin atasının adına olan etibarnamə qüvvədə olduğundan atasının adına cərimələr gəlmişdir, bunu bildikdən sonra həmin etibarnaməni ləğv elətdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli elektron qərardan görünür ki, X7 05 iyun 2024-cü il tarixdə saat 16:09-da “VAZ 21074 minik” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; AC 992361 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. AD 214177 saylı Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X12 Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli elektron qərara əsasən X7 “Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X13 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X12 onun qardaşıdır, qardaşı xəstədir, hərəkət edə bilmir, bua görə də məhkəmə iclasında iştirak edə bilmir, qardaşı X12 avtoqəza törətmiş, məhkəmənin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırılmış,bundan sonra avtomobil idarə etməmişdir, “VAZ-21074” markalı, **-GV- *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı oğlu Rövşən Nağıyevə məxsusdur, avtomobili o idarə etmişdir, lakin əvvəllər X7 adına verilmiş etibarnamə qüvvədə olduğundan həmin cərimələr ona gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 izahatında göstərdi ki, “VAZ- 21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onun sürücülük vəsiqəsi vardır, həmin avtomobili idarə etmək üçün atası Rövşən Nağıyevə etibarnamə vermiş, atası qəza törətmiş, məhkəmənin qərarı ilə atasının sürücülük hüququ məhdudlaşdırılmışdır, həmin vaxtdan sonra avtomobili o idarə etmişdir, lakin atasının adına olan etibarnamə qüvvədə olduğundan atasının adına cərimələr gəlmişdir, bunu bildikdən sonra həmin etibarnaməni ləğv elətdirmişdir. İnzibati xəta haqqında protokol və qəradan eləcədə ona əlavə edilmiş fotolardan görünür ki, “VAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəkilləri çəkilsə də, onun kim tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, “VAZ-21074” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi vardır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X12 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə dəfələrlə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-nin 332.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 05 iyun 2024-cü il tarixli, EQ/ seriyalı 21570960 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7525/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7525/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver